Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya mətbuatında biabırçılıq: “Dəqiq zərbə” deyərək məhv edilmiş “Z”ləri göstərdilər - Foto
Rusiya mətbuatında biabırçılıq: “Dəqiq zərbə” deyərək məhv edilmiş “Z”ləri göstərdilər - Foto

Rusiya mətbuatı Ukraynaya qarşı müharibədə yaşadıqları uğursuzluqları ört-basdır etmək üçün saxta və manipulyasiya xarakterli xəbərlər yaymaqda davam edir. Rusiya mətbuatında baş verən biabırçılıqlardan biri də ukraynalı hüquq müdafiəçisi Sergey Naumoviç tərəfindən qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, o, öz sosial şəbəkə səhifəsində “RİA Novosti” agentliyinin yaydığı xəbərin skrinşotunu dərc edib. Skrinşotdan görünür ki, agentlik Rusiya Federasiyasının məhv edilmiş hərbi texnikasının şəklini verib və bu texnikanın Ukraynaya aid olduğuni bildirib.

"Oh, necə də uğursuz alınıb. "Z" hərfi olan “KamAZ” məhv edilmiş Ukrayna hərbi texnikası kimi təqdim edilir. Bu da yüksək dərəcədə dəqiq zərbə! Növbəti mərhələdə Rusiya əsgərlərinin cəsədlərindən ibarət qalaqların şəklini yaymaq və onları Ukrayna əsgərləri kimi təqdim etmək! Yoxsa artıq bunu da ediblər? Dayan, baxım! ",- deyə Sergey Naumoviç Rusiyanın təbliğat maşınını ələ salıb.

Ukraynalı hüquq müdafiəçisinin paylaşımı izləyicilərin sərt reaksiyasına səbəb olub. Belə ki, şəbəkə istifadəçiləri müxtəlif komentlərlə reaksiya veriblər:

- “Özününküləri döy ki, başqaları da qorxsun” taktikası;

- Kimsə deyib ki, “yalan nə qədər absurddursa, ona inananlar bir o qədər çox olacaq;

- Yüksək dəqiqlik, misilsiz dərəcədə dəqiq bir zərbə, həqiqətən özünəvurğun faşistlərdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın “Komsomolskaya Pravda” nəşri Rusiya Müdafiə Nazirliyinə istinadən müharibədə 9861 Rusiya hərbçinin həyatını itirməsi barədə xəbər yaymışdı, amma az sonra xəbər saytdan silindi.

Məhv edilmiş Rusiya texnikası

Xatırladaq ki, Rusiya təbliğat maşınının belə çirkin üsulları ilə Azərbaycan olaraq biz də qarşılaşmışıq. Yaxşı tanıdığımız Solovyov canlı yayımların birində Azərbaycan vətəndaşlarının hərbi komissarlıqlara axınını göstərən videonu Ermənistanda çəkilmiş kimi təqdim etmişdi. Amma könüllülərin valideynləri tərəfindən gülə-gülə yola salınması kadrlarının Azərbaycana məxsus olduğu elə yayım zamanı bəlli oldu. Kadrlarda Azərbaycan bayrağını görən Solovyovu sanki ilan sancdı. Elə canlı yayımda öz işçilərini danlamağa başladı.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »