Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu müharibələrdən sonra uzun müddət ətraf mühitin toparlanması müşahidə ediləcək"
"Bu müharibələrdən sonra uzun müddət ətraf mühitin toparlanması müşahidə ediləcək"

Müharibələr təkcə iqtisadiyyata, insanların həyat tərzinə və s. sahəlrə deyil, eləcə də ətraf mühitə təsir edir. Sadə hərbi təlimlər zamanı belə, güniş torpaq sahələrinə ehtiyac duyulur. Müharibələr zamanı isə, quru və hava bombardmanları, tank və zirehli vasitələrin hərəkəti ətraf mühitə, təbiətə müxtəlif zərərlər verir. Bunun nəticə olaraq torpaq kirliliyi, yeraltı və yerüstü su qaynaqlarının kirliliyi, hava kirlililiyi, müharibə olan ərazilərdə vəhşi təbiətin zərər görməsi və s. təsirlər müşahidə olunur.

Ekoloq Vaqif Əliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, XX yüzillikdə müharibələr inkişaf edən silah texnologiyası ilə daha dağıdıcı xarakter alır. Kimyəvi, bioloji və nüvə silahları, uzun mənzill raketlər, hava bombardmanları həm mülki vətəndaşlaır hədəf halına alır, həm də ətraf mühiti məhv edir. Onun sözlərinə gör, ABŞ tərəfindən Xerosima və Naqasakiyə atılan atom bombalarının dağıdıcı təsirləri bu gün də özünü biruzə edir.

Eyni zamanda Kosova və Körfəz müharibələri zamanı istifadə edilən müasir silahlar, həm partlayıcı təsirləri həm də tərkibində olan kimyəvi maddələr, radiasia ilə öldürücü olub, ətraf mühitə dağıdıcı təsir göstərmişdir. I Körfəz müharibəsi zamanı milyonlarla xam neft Bəsrə bunun nəticəsində minlərlə dəniz quşu, heyvanlar və bitkilər ekoloji pozulmağa uğrayaraq məıhv olmuşdu. Tonlarla kirli qazın atmosferə yayılması nəticəsində Kəşmirdə qara qar yağması, İranda və Səudiyyə Ərəbistanında isə yağlı qar yağmasına səbəb olmuşdu.

“Bu gün də müasir silahlardan istifadə edilir. Yəni bu müharibələrdən sonra uzun müddət ətraf mühitin toparlanması müşahidə ediləcək. Bombalamalar zamanı yox edilən meşələr, dağıdılan infrastruktur, radioaktiv kirlilik, çirkləndirilərək, istifadəyə yarasız hala gətirilmiş su qaynaqları, məhsuldarlığını itirmiş torpaqlar müharibələrdən sonra da insan itkisinə səbəb olacaq. Müharibə zamanında ərazilərin minalanması da sonradan insan itkisinə səbəb olur. Rahat və ucuz olduğu üçün istifadə edilən minaların toplanması isə kifayət qədər bahalı bir prosesdir. Məhz bu səbəbdəndir ki, minlərlə hektar ərazi əkinçilik üçün yarasız vəziyyətdədir”,- deyə ekoloq bildirib.

Müharibələrdən sonra əvvəlcə su qanyaqları ilə bağlı tədbirlər görülməlidir.

“Müharibələr zamanı torpağı sülfürik turşusu, FAS turşusu, neft, mineral yağlar, radioaktiv maddələr, bərk tullantılar, uçan kül, duz və s. çirkləndirir. Radoaktif maddələrin yaymış olduğu elektronların torpağa, havaya, suya, bitkilərə, bitkilərdən qida zənciri ilə insan və heyvanlara çox rahat şəkildə keçir” - deyə ekoloq qeyd edib.

Qeyd edək ki, BMT hesavatına görə, bu gün yaşanılan ətraf mühit problemlərinin 34 faizi müharbələrdən qaynaqlanır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »