Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Müharibə görmüş uşaqlarda stress, gərginlik, narahatlıq, hirs, qəzəb və aqressiya müşahidə edilir"
"Müharibə görmüş uşaqlarda stress, gərginlik, narahatlıq, hirs, qəzəb və aqressiya müşahidə edilir"

Müharibə təkcə insanlara fiziki cəhətdən deyil, mənəvi baxımdan da zərər verir. Xüsusən müharibə dövründə dünyaya gələn, kiçik yaşlarında müharibənin ağrılarını yaşayan uşaqlar ömürlərinin sonuan kimi bu travma ilə yaşayırlar.

UNICEF-in hesabatına görə, Suriya müharibəsi zamanı 5 milyona yaxın uşaq dünyaya gəlib. Bir milyon uşaq isə, qaçqın kimi ailələrin sığındığı ölkələrdə doğulub. Hesabata görə, müharibə zamanı 9 mindən çox uşaq dünyasını dəyişib. 7 yaşında olan 5 mindən çox uşaq isə, döyüşən tərəflərin birinə qoşulmağa məcbur qalıb. Müharibə zamanı 1000 dən çox təhsil müəssisəsi və xəstəxana məhv edilmişdir. Müharibədə psixoloji travma almış 1 milyondan çox uşağa psixoloji yardımlar göstərilib.

Bu gün milyonlarla uşaq müharibələrin, terror hadisələrinin və siyasi əməliyyatların qurbanına çevrilir. Bu əməliyyatların uşaqlar üzərində yaratdığı travmatik təsirlər onların fiziki, psixoloji və əxlaqi inkişafına zərər verir. Müharibələr zamanı uşaqlar yaralanır, əlil qalır, öldürülür, işgəncələrə məruz qalır, yaxınlarını itirir. Eyni zamanda sixoloji, fiziki, cinsi təcavüzə məruz qalır, uşaq əsgər kimi döyüşlərə qatılır, əməliyyatlar zamanı istifadə edilir, xəstələnir, qidalanması yaxşı olmur və s.

Uşaqlıq dövrü fərdlərin həyatında əhəmiyyətli yer tutur. Uşaqlıq insan həyatını formalaşdıran bir dönəm kimi də qəbul edilə bilər. Çünki uşaqlıq ailə içində və kənarda münasibətlərimizi idarə edən sevgi və nifrətin yarandığı, sənət seçiminin müəyyən edildiyi, ətrafımızdakı insanlar və özümüz haqqında qərarların verildiyi bir dövrdür. Bu səbəblə də insanın uşaqlıqda yaşadığı hər şey onun həyatına təsir edir.

Mütəxəssislərin fikrincə, müharibələr və onların yaratdığı fəsadlar uşaqlarda qorxu və çarəsizlik hissi yaradır. Bu qorxuların hadisələrin təkrarlanacağına, yaralanmağa, ölümə, tənha və köməksiz qalmaq, ittiham edilməklə bağlı olur.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, uşaqlar qulluq, empatiya, diqqətdə olmaq baxımından ailələrinin dəstəyinə möhtacdır. Müharibə zamanı bu vəziyyət pozulur. Ailələr uşaqlarına dəstək verə bilmirlər. Ailələrini itirən uşaqların bu ehtiyacları isə digə kişilər və ya internatlar tərəfindən yetərli qədər ödənilmir. Bəzən ailələrini itirən uşaqlar təkbaşına qaçqın vəziyyətinə də düşə bilirlər. Qaçqın düşərgələrində isə, daha çox təzyiq və təcavüzlərlə qarşılaşırlar.

“Müharibə travmasına məruz qalan uşaqlar bu travmadan sonra uşaqlarda qarşısının alınması çox çətin olan bəzi davranışlar müşahidə edilə bilər. Məsələn, bir ailə üzvünün, qohumun, dostun və ya müəllim ölümü ilə uşaq kədərlənəcək və yas tutmağa başlayacaq. Bununla yanaşı, yaşadığı yerin dəyişdirilməsi, məktəbindən və dostlarından uzaqlaşan, maddi sıxıntılar yaşayan uşaqlar gələcək üçün gücsüz və etibarını itirmiş bir insana çevriləcək. Bu zamana onlar elə hesab edir ki, heç kim onları başa düşmür, anlamır. Müharibənin uşağa verdiyi mənfi təsirlərdən biri də özünü günahlandırmadır. Uşaqlar başlarına gələn hadisələrin öz səhvlərindən qaynaqlandığını düşünürlər. Bununla yanaşı başqaları öldürüldüyü halda bu hadisələrdən sağ çıxa bilirlərsə, ölənlərə qarşı vicdan duyğusu və günahkarlıq hiss edirlər.

Müharibə görmüş uşaqlarda stress, gərginlik, narahatlıq, hirs, qəzəb və aqressiya müşahidə edilir. Eyni zamanda diqqəti dağınıqlığı, yuxunun pozulması, dəhşətli yuxular, iştahın azalması və s. hallar da müşahidə edilir”.

Psixoloq qeyd edir ki, müharibə görmüş uşaqlarda depressiya ilə yanaşı müxtəlif fiziki davranışlar da görülə bilər. Məktəbəqədər yaşlı uşaqlarla məktbli uşaqlara müharibənin təsirləri arasında fərq ondan ibarətdir ki, məktəblilər ölümün son olduğunu, ölən insanların geri qayıtmadığını başa düşürlər. Bu vəziyyətlə mübarizə aparmaq üçün isə, müxtəlif fantaziyalar qururlar.

R.Quliyevanın fikrincə, müharibə görən uşaqlar böyüyəndə də, itirmək qorxusu ilə yaşayır və heç bir zaman rahat yaşaya bilmirlər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »