Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremlin iştahı azalıbmı: "Putin artıq Kiyevi ələ keçirmək istəmir"
Kremlin iştahı azalıbmı: "Putin artıq Kiyevi ələ keçirmək istəmir"

ABŞ rəsmiləri iddia edir ki, Vladimir Putin artıq Kiyevi ələ keçirmək istəmir – indi Rusiyanın məqsədi Ukrayna hakimiyyətini, Ukraynanın cənub və şərq əraziləri ilə bağlı iddiaları qəbul etməyə məcbur etməkdir. Bu, rəsmi kəşfiyyat qiymətləndirməsi deyil, məxfi məlumatlara çıxışı olan bir neçə məmurun baxış bucağıdır. Britaniya Müdafiə Nazirliyi qeyd edir ki, Krımdan irəliləyən Rusiya qoşunları hələ də qərbə, Odessaya doğru irəliləmək üçün Nikolayevdən yan keçməyə çalışırlar.

Kreml Qərb rəsmilərinin bu bəyanatlarını şərh etmir və israr edir ki, işğal Ukraynanın denazifikasiyası, etnik rusların xilas edilməsi və Ukrayna laboratoriyalarında bioloji silahların hazırlanmasını dayandrımaq cəhdi ilə bağlıdır. Rusiya həmçinin “xüsusi əməliyyat” adlandırılan müharibəyə xarici muzdluların da cəlb olunacağını açıqlayıb.

Hərbi ekspert və Çexiya Beynəlxalq Tədqiqatlar Assosiasiyasının üzvü Yuri Fedorov muzdluların müharibənin gedişatını dəyişib-dəyişdirməyəcəyi, Kremlin indi hansı strategiyanı izləyə biləcəyi, Rusiya rəhbərliyinin ordunun real itkilərindən xəbəri olub-olmaması barədə danışıb. Hava hücumundan müdafiə sistemlərinin tədarükü Ukraynaya kömək edəcək. İlhaq edilmiş Krım yarımadasına qurudan çıxış Ukrayna üzərində güman edilən qələbədən sonra Rusiya hökuməti üçün aşkar məqsəd idi. Bu o deməkdirmi ki, indi Kreml müharibədəki məqsədlərini azaltmalıdır və onlar özləri üçün hansı minimumu görə bilərlər?

Ən dəhşətlisi və ən xoşagəlməz hal odur ki, Rusiya komandanlığı Ukraynanı bombalamaq, Ukrayna rəhbərliyini nizamlanma şərtlərini qəbul etməyə məcbur etmək üçün mühasirədə olan şəhərlərin həm əhalisini, həm də həyat təminatı sistemlərini məhv etmək kursu götürüb. Danışıqlarda Putinin ambisiyaları müzakirə olunur. Danışıqlar qabaqdakı günlərdə yenidən baş tutacaq. Bu gün Rusiya ordusunun vəzifəsi Zelenskini və Ukrayna hökumətini mümkün qədər onların qoyduğu şərtləri, o cümlədən Krımın Rusiya kimi tanınması şərtlərini qəbul etməyə məcbur etməkdir.

Burada bir qədər ziddiyyətli vəziyyət var ki, bir tərəfdən Rusiya ordusunun tükəndiyi və böyük itki verdiyi deyilir. Eyni zamanda hərbi dönüş nöqtəsinə bir növ töhfə verə biləcək xarici muzdlular və yerli Rusiya muzdluları işə götürülür. Onlar isə deyir ki, Rusiya prinsipcə Kiyevi Rusiyanın şərtləri ilə razılaşmağa məcbur etməyi planlaşdırır. Bu muzdlular həqiqətən də cəbhədəki axını döndərməyə kömək edəcək yeni qüvvə ola bilərmi?

Muzdlular orduları qalib gələndə və nisbətən az risk götürə bildikdə yaxşı işlər görürlər. Lakin Ukrayna Silahlı Qüvvələri Rusiyanın şəxsi heyətini çox ağır itkilərə məruz qoyur. Burada pul uğrunda döyüşən muzdlular var, təbii olaraq özlərinə sual verirlər: müəyyən dollar məbləğləri üçün həyatlarını riskə atmağa dəyərmi? Əlbəttə ki, həyat dollarlardan bahadır.

Yaxın Şərqdə, ilk növbədə Suriyada, Livanda işə götürülən xarici muzdlular, birincisi, Ukrayna şəraitində necə döyüşməli olduqlarını başa düşmürlər. Dil bilmirlər, cəbhədəki vəziyyəti başa düşmürlər. Onlar “top yemi” kimi istifadə edilə bilər, lakin bunu başa düşdükdən sonra təbii olaraq qaçacaqlar. Muzdlu birləşmələr Rusiya qoşunlarını geri çəkilməkdən, mövqelərini tərk etməkdən və meşələrin arasından harasa səpələnməkdən çəkindirəcək dəstələr kimi istifadə ediləcək.

Rusiyada bir növ yerli müharibələrdən keçmiş, orduda xidmət etmiş şəxslər cəlb edilir. Təbii ki, onlar istənilən miqdarda işə götürülə bilərlər. Ancaq yenə də bu, rusların müharibənin əvvəlindəki qüvvəsi deyil. Onlar da nə baş verdiyini mükəmməl görürlər. Onlar idarəetmə sisteminin, komandanlığın dağılmasını görür, piyadaların döyüş maşınları və tankları üçün yanacağı gətirilməyəndə, mağazalardan yemək oğurlamalı olanda nəhəng maddi-texniki çətinlikləri görürlər. Bütün bunlar ordunun əhval-ruhiyyəsini sarsıdır və ordunun əhval-ruhiyyəsi bu gün Ukraynada gedən müharibədə əsas amildir.

Havar, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »