Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Son günlər Ukraynanın itirilmiş əraziləri geri almaq səylərini görürük” - Pentaqon
“Son günlər Ukraynanın itirilmiş əraziləri geri almaq səylərini görürük” - Pentaqon

Pentaqon Ukraynanın nəinki məharətlə müdafiə olunduğunu, həm də bəzi bölgələrdə hücuma keçdiyinin əlamətlərini görür.

Bizimyol.info xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib. O qeyd edib ki, ABŞ Kiyevi Rusiya qoşunlarının mühasirəsində qalmış kimi hesab etmir. Kirbinin sözlərinə görə, hələ ki, düşmənin hərəkətlərində ciddi dəyişiklik yoxdur: "Biz cənubdan Kiyevə doğru irəliləyiş görmürük. Onlar Çerniqov tərəfdən çıxa bilmədilər. Ona görə də deyə bilmərəm ki, onlar Kiyevi mühasirəyə alıblar".

Vaşinqton Rusiyanın guya Kiyev ətrafındakı əraziləri işğal etdiyini nə təsdiq, nə də təkzib edə bilər.

“Deyə bilərəm ki, gördüklərimiz, əgər doğrudursa, şübhəsiz ki, Ukraynanın son vaxtlar, yəni bir neçə gündür göstərdiyi cəhdlərin bir hissəsidir... Onlar Rusiyanın ələ keçirdiyi əraziləri geri qaytarmağa çalışırlar, necə ki, bunu Xerson haqqında demişdilər”,- Kirbi bildirib.

Pentaqon rəsmisi qeyd edib ki, işğalçılar ukraynalıların effektiv müqaviməti sayəsində Nikolayev bölgəsində yenidən qruplaşma aparmağa məcbur olublar.

"Hər halda, biz ukraynalıların nəinki özlərini müdafiə etmək lazım gəldiyi halda yaxşı müdafiə olunduqlarını, həm də hazırda Rusiya qoşunlarının nəzarətində olan əraziləri geri almaq üçün səy göstərdiklərini görürük. İndi onlar (ukraynalılar - red.) düşmənin ələ keçirdiyi əraziləri geri qaytara bilərlər və bunu istəyirlər”,- deyə Kirbi bildirib.

ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, bunun daha böyük əməliyyat planının bir hissəsi olub-olmadığını söyləmək çətindir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da bir sıra istiqamətlərdə əks-hücuma keçdiklərini açıqlamışdı. Bundan başqa, bir neçə gün əvvəl Kiyev ətrafında Makarev adlı böyük bir qəsəbənin Rusiya qüvvələrindən geri alındığı barədə xəbər verilmişdi.

Həmçinin bir neçə gün əvvəl Ukrayna qüvvələri Xersonda Rusiya qüvvələrinə havadan və qurudan hücum etmişdilər. Ukrayna tərəfi Xersonu azad etmək fikrində olduğunu bildirib.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »