Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya və Belarus qoşunları yenidən sərhəd boyu texnika yığır - Baş Qərargah

Ukrayna Silahlı Qüvvələri Şərq, Cənub-Şərq və Şimal-Şərq istiqamətlərində müdafiə əməliyyatını davam etdirir.

Bizimyol.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 23-də səhər hesabatında verdiyi məlumata görə,  Rusiya və Belarus hərbi texnikasının Belarus ərazisindən aktiv hərəkəti və onun Ukrayna sərhədi boyunca cəmləşdirilməsi davam edir.

Belə ki, kəşfiyyat məlumatlarına görə, işğalçı qüvvələrin itkilərini ödəmək üçün Rusiya Federasiyası ərazisində gizli səfərbərlik davam edir. Onlar ilk növbədə, döyüş təcrübəsi olan keçmiş hərbçilərin cəlb edilməsinə üstünlük verirlər.

Belarusda isə müxalifət qüvvələrinin nümayəndələri və sıravi vətəndaşlar respublika ilə Ukrayna arasında dəmir yolu əlaqəsini qismən sıradan çıxarıblar.

Şərq istiqamətində isə Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Slobojanski və Tavriçeski əməliyyat rayonlarında olan döyüşçüləri düşmənə imkan vermirlər ki, Slavyansk və Lozovaya qəsəbəsində hücumu bərpa etsin. Onlar düşmənin Zaporojye, Popasnaya və Kuraxovo şəhərləri istiqamətində irəliləməsini dayandırırlar. Mariupolun hərtərəfli müdafiəsini həyata keçirir.

İşğalçı düşmən silahlı birləşmələrinin hücumları bir çox istiqamətlərdə Ukrayna ordusu tərəfindən  dayandırılıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması düşmənin cəmlənmiş raket və hava hücumlarını dəf edir. Ukraynanın mühüm obyektləri və qoşun qrupları üçün hava hücumundan müdafiəni təmin edir. Ötən gün ərzində düşmənin 17-dən çox hava hədəfi (6 təyyarə, 5 PUA, 1 helikopter və 5 qanadlı raket) vurulub. Bundan başqa, Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr düşmənin texnikasına və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirib, düşmənin qanadlı raketlərini vurub.

“Bəzi istiqamətlərdə düşmən ruhdan düşüb. Belə ki, Mariupol şəhərinə basqın zamanı, aktiv döyüş əməliyyatlarında iştirak edən xüsusi təyinatlı birləşmələrdən birində şəxsi heyətin 10%-dən az hissəsi müharibədə iştirak etməyə yararlı olub. Qalan şəxslər həlak olub, yaralanıb, xəstələnib və ya ruhdan düşmüş vəziyyətdədirlər”, - qərargah qeyd edib.

Təhlükəsizlik xidməti ərəfədə bildirdi ki, Ukraynaya Belarus ərazisindən ihücum riski kifayət qədər yüksəkdir. Diktator Aleksandr Lukaşenko isə demək olar ki, orduya rəhbərlik etmir. Ümumilikdə, ilkin məlumatlara görə, bu sektorda işğala 10-15 min əsgər hazırlanır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »