Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna ərzaq, yanacaq və dərmanların qiymətinə nəzarət edilir
Ukrayna ərzaq, yanacaq və dərmanların qiymətinə nəzarət edilir

Ukrayna sosial əhəmiyyətli malların, o cümlədən ən çox istifadə olunan ərzaq, yanacaq və dərmanların qiymətlərinin gündəlik monitorinqini tətbiq edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət İstehlak Xidməti məlumat yayıb.

“Pərakəndə ticarət subyektləri tərəfindən belə malların qiymətlərinin müəyyən edilməsinə operativ reaksiya vermək və nəzarəti təmin etmək məqsədilə Dövlət Qida Xidməti tərəfindən gündəlik monitorinqlər tətbiq edilib”, - məlumatda deyilir.

Əsas malların siyahısına çörək, makaron, ət, şəkər, bitki yağı, bəzi tərəvəzlər, süd məhsulları daxil olmaqla 30-a yaxın məhsul növü daxildir. Siyahıya nəqliyyat yanacağı və bəzi dərmanlar da daxildir. Məhsulların tam siyahısı ilə linkdə tanış olmaq olar.

Monitorinqin məlumatlarına görə, 2022-ci il martın 14-dən Ukraynanın demək olar ki, bütün vilayətlərində bir çox müəssisələrdə logistika qurulub ki, bu da məhsul çeşidi ilə bağlı vəziyyəti yaxşılaşdırıb. Həmçinin ərzaq məhsulları, çörək məhsulları, bəzi süd məhsullarının və yanacağın qiymətlərini aşağı salıb.

Dövlət Ərzaq və İstehlak Xidməti dövrün mürəkkəbliyini nəzərə alaraq, sahibkarlıq subyektlərini ölkədə hərbi vəziyyət dövründə əhali üçün mühüm sosial əhəmiyyət kəsb edən malların qiymətlərinin əsassız olaraq artırılmasına yol verməməyə çağırır.

Qeyd edək ki, Rusiya Federasiyası prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də Ukraynayna ərazisində hərbi əməliyyatlara başlamaqla bağlı göstəriş verib. Ərazisinin bir hissəsi işğala məruz qalan ölkədə dağıdılan infrastruktur və kommunukasiya vasitələri, yaşayış məntəqələrinin blokadası xüsusi çətinliklət yaradıb. Həmçini yolların bağlı olması səbəbindən bəzi ərazilərə gündəlik təlabt mallarının və yanacağın çatdırılmasında çətinliklər yaradıb. Hökumət bu vəziyyətdən sui-istifadə hallarının qarşısını almaq və insanların zəruri məhsullara əlçatanlığını təmin etmək məqsədi ilə tədbirlər görür.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »