Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski İtaliya parlamentində çıxış edib
Zelenski İtaliya parlamentində çıxış edib

Ukrayna Prezidenti Volodimir Zelenski İtaliya parlamenti qarşısında çıxış edib.

Bizimyol.info xəbər verir ki, İtaliya Senatının və Nümayəndələr Palatasının birgə iclasına videokonfrans vasitəsilə qoşulan V.Zelenski Ukraynadakı hazırkı vəziyyət barədə məlumat verib, Avropanın rəsmi Moskvaya qarşı sanksiyalarının artırılmasını tələb edib.

O, İtaliyanın müharibədən qaçan ukraynalıları qəbul etməsini həmişə xatırlayacaqlarını bildirib.

İtaliyanın Baş naziri Mario Draqi isə çıxışında ölkəsinin Ukraynanın Avropa İttifaqına üzv qəbul edilməsini dəstəklədiyini vurğulayıb.

M. Draqi fevralın sonlarından bəri İtaliyanın 60 mindən çox ukraynalını qəbul etdiyini deyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »