Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb

ABŞ və Avropa İttifaqının Amerika lideri Co Baydenin Brüsselə gözlənilən səfərindən sonra Rusiya Federasiyasına qarşı əlavə sanksiyalar tətbiq edəcək və mövcud sanksiyaları sərtləşdirəcəyi gözlənilir.

Bizimyol.info xəbər verir ki, bunu çərşənbə axşamı Ağ Evdə jurnalistlər üçün keçirdiyi mətbuat konfransında prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Bayden tərəfdaşlarımıza birlikdə Rusiyaya qarşı əlavə sanksiyalar barədə yeni qərarların verilməsinə və sanksiyaların icra olunmasına nəzarətlə bağlı tədbirlər görmək niyyətindədir. O verilmiş qərarların etibarlı icrasını təmin etmək üçün mövcud sanksiyaların sərtləşdirilməsini tələb edəcək”, - deyə Sullivan bildirib.

Onun sözlərinə görə, yeni sanksiyalar Brüsseldə müttəfiqlərlə müzakirələrdən sonra cümə axşamı elan olunacaq. Eyni zamanda, Sullivan gələcək məhdudiyyətlərin hər hansı təfərrüatlarını əvvəlcədən açıqlamaqdan imtina edib. “Yalnız onu deyim ki, bu tədbirin əsas elementlərindən biri təkcə yeni sanksiyaların əlavə edilməsinə deyil, həm də hər hansı bir ölkənin Rusiyaya kömək etmək cəhdinin qarşısını almaq məqsədi daşıyır. Bundan başqa diqqət sanksiyalardan yayınmanın qarşısını almaq üçün birgə səylərin təmin edilməsinə yönəldiləcək. Bəzi tərəfdaşlarımızın hansısa yolla sanksiyaları sarsıtmaq, zəiflətmək və ya ondan yan keçmək cəhlərinə ciddi nəzarət olunacaq”, - deyə Amerika liderinin köməkçisi qeyd edib.

"Biz inanılmaz dərəcədə güclü iqtisadi təzyiq yaratdıq. Zamanla bu təzyiqi saxlamaq və artırmaq niyyətindəyik. Söhbət qismən həm də yeni sanksiyalardan və bu sanksiyaların reallaşdırılması üçün konkret obyektlərdən gedir. Lakin fəaliyyətin əhəmiyyətli hissəsi qərarları effektiv şəkildə həyata keçirmək və tətbiq olunan sanksiyaların icra edilməsindən yayınmanın qarşısını alınmaq, verilən qərarlara hamılıqla və ciddi əməl olunmasını təmin etməkdən ibarətdir”, - Sullivan əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »