Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın nüvə silahından istifadə ehtimalı NATO sammitində müzakirə olunacaq
Rusiyanın nüvə silahından istifadə ehtimalı NATO sammitində müzakirə olunacaq

NATO-nun Brüsseldə keçiriləcək sammitində alyansa üzv ölkələr Rusiyanın kimyəvi, bioloji, kiber və ya nüvə silahlarından istifadə edəcəyi təqdirdə onlara necə reaksiya verəcəklərini müzakirə edəcəklər.

Bu barədə “Report” “The New York Times”a istinadən xəbər verir.

Qeyd olunub ki, ABŞ prezidenti Co Bayden bu həftə Brüsseldə keçiriləcək NATO sammitinə getməyə hazırlaşır.

Nəşr vurğulayıb ki, Qərb ölkələri Moskvanın ölümcül, qeyri-ənənəvi silahlara müraciət etmək potensialından getdikcə daha çox narahat olurlar.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »