Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Navalnı 9 il müddətinə azadlıqdan məhrum edilib
Navalnı 9 il müddətinə azadlıqdan məhrum edilib

Moskvanın Lefortovo Məhkəməsi Aleksey Navalnını dələduzluq və hakimi təhqir etmək işi üzrə cəzasını ciddi rejimli kolonda çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edib.

Bizimyol.info xəbər verir ki, bu barədə TASS məlumat verib.

Bildirilir ki, hakim Marqarita Kotovanın elan etdiyi hökmə görə, Navalnı 1,2 milyon rubl cərimə ödəməlidir.

Navalnı Böyük Vətən Müharibəsi veteranına böhtan atmaq üzrə məhkəmə prosesində hakim Vera Akimovanı təhqir edən epizodlarda da təqsirli bilinib. Prokurorluq dələduzluq və məhkəməni təhqir etmə işi üzrə Navalnıya 13 il həbs cəzası istəyib.

Navalnı hazırda Pokrovskoy koloniyasında cəza çəkir. O, 2021-ci ilin fevralında Yves Rocher-dən pul mənimsəmə işi üzrə şərti cəza rejiminin pozulması ilə əlaqədar real həbslə əvəz edildikdən sonra həbs olundu.

Navalnı ötən il yanvarın 17-də Almaniyadan qayıdandan sonra Moskvanın Şeremetyevo hava limanında saxlanılıb. Artıq fevralın 2-də məhkəmə onun şərti cəzasını real cəza ilə əvəz etmək qərarına gəlib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »