Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ruslar istehlak kreditləri ilə vidalaşıblar
Ruslar istehlak kreditləri ilə vidalaşıblar

Martın ilk iki həftəsində ruslara istehlak kreditlərinin verilməsi fevralın əvvəli ilə müqayisədə iki dəfə azalıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya KİV-i, xüsusən "RBC Equifax" kredit bürosunun məlumatlarına istinadən yazır.

“Bir müddət əvvəl bank biznesinin ən gəlirli seqmentinin kəskin zəifləməsi faizlərin artması, istehlak aktivliyinin dəyişməsi, o cümlədən iqtisadiyyatdakı qeyri-sabitlik fonunda kreditorların risk siyasətinin sərtləşdirilməsi özünü göstərir” - deyən ekspertlər Rusiyada pandemiyanın ilk dalğasından sonra olduğu kimi, təminatsız kreditləşmənin də tez bərpa olunacağına şübhə edirlər.

Bundan əvvəl Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 20%-ə qaldırıb. Bildirilib ki, Mərkəzi Bank xarici və daxili şəraitdən yaranan risklərin və maliyyə bazarlarının onlara reaksiyasının qiymətləndirilməsi, habelə cari və gözlənilən inflyasiya dinamikası nəzərə alınmaqla əsas məzənnə ilə bağlı növbəti qərarları qəbul edəcək.

2022-ci ilin fevral ayında Rusiya əhalisindən bank depozitlərindən pul axını 1,2 trilyon rubl təşkil edib. Və bu, ən azı 2008-ci ildən bəri ən böyük aylıq itkidir. Üstəlik, xaricə axının böyük hissəsi ayın son həftəsində, fevralın 24-dən yəni Rusiya Federasiyasının Ukraynaya hücumundan sonra baş verib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »