Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jitomirin meri belaruslara: "Bu, bizim sizinlə müharibəniz deyil!" - Video
Jitomirin meri belaruslara: "Bu, bizim sizinlə müharibəniz deyil!" - Video

Jitomir şəhərinin meri Sergey Suxomlin Ukraynanın şimal qonşusuna - Belarus Respublikası vətəndaşlarına müraciət edib.

Bizimyol.info xəbər verir ki, müvafiq videomüraciət Belsat telekanalında canlı yayımlanıb.

Suxomlin iki il əvvəl şəhərdə Ukrayna-Belarus iqtisadi forumunun necə keçirildiyini xatırladıb. Bundan sonra Jitomir Belarusun MAZ avtobuslarını və trolleybuslarını almışdı.

“Sessiz olmayın, belaruslar! Çünki sizin MAZ avtobuslarınızda, işğal davam edərsə, övladlarınız, valideynləriniz qolsuz, ayaqsız, öldürülmüş cəsədlərini daşıyacaq. Ona görə də onların xatirinə çıxın, başınızı qaldırın və Ukrayna müharibəsi haqqında nə düşündüyünüzü açıq şəkildə söyləyin. Bu, bizim və sizinlə müharibəniz deyil! Bu, Putinin müharibəsidir!", - Jitomir meri vurğulayıb.

Xatırladaq ki, son günlər mətbuatda Belarus Respublikasının Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı müharibəyə girə biləcəyi ilə bağlı xəbərlər tez-tez yayılır.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »