Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rəqəmsal göz yorğunluğu dövrün xəstəliyidir"
"Rəqəmsal göz yorğunluğu dövrün xəstəliyidir"

Göz yorğunluğu, inkişaf edən göz problemlərindən biridir. Uzun müddət kompüter və telefona baxan şəxslərdə tez-tez müşahidə edilən bu narahatlıq sadə üsullarla müalicə edilə bilər.

Tibbdə astenopiya adlandırılan göz yorğunluğu, göz sinirlərinin və kiçik əzələlərin çox işləməsi ilə əlaqəli olaraq gözlərin yorulmasıdır. Qidalanma çatışmazlığına, yuxusuzluğa, ətraf mühit kirliliyinə və əzələ sıxılmasına olduqca həssas olan gözlər fasiləsiz oxumaq, uzun müddət avtomobil idarəetmə, rəqəmsal ekranlarla uzun vaxt keçirməklə yorulur.

Göz həkimi-oftalmoloq Faiq Orucov Bizimyol.info xəbər portalına müsahibəsində bildirilib ki, bəzi göz xəstəlikləri genetik və ya tibbi bir narahatlıqla meydana gəlsə də, göz yorğunluğu bu xəstəliklər arasında yer almır.

“Rəqəmsal göz yorğunluğu dövrün xəstəliyidir. Xüsusilə uşaqlar və böyüklər, uzun müddət ekrana baxdıqları zaman göz yorğunluğu meyadan gələ bilir. Uşaq yaşlarından telefon, kompüter kimi elektron alətlərin ekranlarına məruz qalmaq sonradan miyop narahatlığına səbəb olur” - deyə həkim qeyd edib.

Göz yorğunluğunun isə müxtəlif əlamətləri var:

Gözlərdə yanma hissi, qızarıqlıq və quruluq, göz ətrafında və alında ağırlıq hissi, bulanıq və ya cüt görmə, göz qapaqlarının ağırlaşması, boyun və baş ağrısı, işığa qarşı həssaslıq və bir hədəfə diqqət yetirmə çətinliyi göz yorğunluğunun əsas əlamətləridir.

Bəzən göz yorğunluğu göz qripinə yol aça bilər. Gözləri rahatlandırmaq üçün müxtəlif üsullardan istifadə etməyinizə baxmayaraq narahatlıq davam edirsə, həkimə müraciət edin.

“Göz yorğunluğunu aradan qaldırmaq üçün müxtəlif üsullar var. Məsələn 20-20-20 qaydasına əməl edin. Kompüterdə uzun müddət işləyənlər hər 20 dəqiqədən bir 20 metr uzaqlıqda olan bir şeyə 20 saniyə diqqətlə baxaraq göz sağlamlığını qoruya bilərlər.

Ağıllı telefonlara və ya kompüterə baxarkən tez-tez göz qırpın. Göz qırpmaq gözləri nəmləndirir, göz quruluğunun qarşısını alır və gözləri qısa müddət olsa da, rahatlaşdırır” - deyə həkim bildirir.

  • Rəqəmsal bütün məhsullar mavi işıq saçır. Mavi işığa xüsusilə gecə yatmazdan əvvəl məruz qalmaq, yuxu hormonunun daha az ifrazına səbəb olur. Gözlər üçün önəmli olan keyfiyyətli yuxu üçün də yatmamışdan əvvəl bu alətlərə baxmamalısınız.
  • Gözləri rahataladan üsullar, göz yorğunluğunun qarşısını alan hərəkətlərdir. Gün ərzində tez-tez bu hərəkətləri etmək vacibdir.
  • Xüsusilə yay aylarında birbaşa günəşə baxmaq, göz yorğunluğu və baş ağrısı gətirir. Buna görə də çalışın ki, gün eynəyindən istifadə edəsiniz.
  • Uzun müddət qeyri-sağlam qidalanma da göz sağlamlığına zərər verir. Gözləri qidalandıran məhsullar istehlak edilməli və bol-bol su içmək vacibdir. Su eyni zamanda gözün ehtiyacı olan nəm balansını da qoruyur.
  • Kompüter və göz arasında məsafə 60 sm-dən az olmamalıdır. İşləyərkən kompüter arxasında oturduğunuz zaman diqqətli olun. Çünki eyni baxışdan baxmaq sizi yora bilər.
  • Gün ərzində zaman keçirdiyiniz yerdə işıqlandırmanın gözləri yoracaq şəkildə güclü olmamasına diqqət etməlisiniz.

Bütün bunları etdiyiniz halda gözlərinizdə problem hələ də davam edirsə, həkimə müraciət edin. Gün ərzində göz sağlamlığınız üçün bitki tərkibli məhsulardan istifadə edə bilərsiniz. Qara çay, xiyar kimi məhsullarla gözlərinizi kompress edin. Soyuq suya batırılmış nəm parça da gözlərə rahatlıq gətirə bilər. Çobanyastığı çayı içmək, bədəni sakitləşdirdiyi kimi gözlərin istirahət etməsinə yardım edir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »