Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Günəş ləkələrinin qarşısını necə alaq?
Günəş ləkələrinin qarşısını necə alaq?

Yaz aylarında günəş şüaları daha fərqli və təsirli olur. Bu da dəriyə ləkələrin düşməsi ilə nəticələnir. Ləkələr daha çox yanaq, alın dodaq ətrafı, çənə, boyun və qollara düşür. Günəş ləkələrinin əmələ gəlməsinin bir çox səbəbləri var. Bu səbəblər, genetik meyllilik və zərərli günəş şüalarına məruz qalmaqdır. Bu aylarda günəş şüaları yeni ləkələr yaratmaqla yanaşı, köhnə ləkələri də tündləşdirib üzə çıxarır.

Günəş ləkələrinin qarşısını necə alaq?

Kosmetoloq Səadət Mustafayeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, günəşin ultrabənövşəyi şüaları dəridə rəng piqmentlərində məsul olan melonasit hüceyrələrinin artmasına səbəb olur. Bu zaman dəridə melanin səviyyəsi yüksəlir və ləkələr əmələ gəlməyə başlayır. Bu ləkələr, qış aylarında solaraq azalmağa başlayır. Günəş ləkələrinin üzə çıxmasına digər səbəb isə, genetik meyllilikdir. Genetik strukturuna görə, dəri daha həssas və ləkələnməyə meylli olan şəxslərdə günəş ləkələri daha çox müşahidə edilir.

Kosmetoloq Səadət Mustafayeva Kosmetoloq Səadət Mustafayeva

“Günəş ləkələrindən can qurtarmaq üçün kosmetoloq və ya dermatoloqa müraciət etmək lazımdır. Dermatoloqlar müxtəli müalicə üsullarından istifadə edirlər. Bura kremlər, kimyəvi pilinq və ya kimyəvi soyuculardan istifadə daxildir. Ancaq vaxtı olmayanlar və maddi sıxıntıları olan şəxslər özləri evdə müxtəlif üsullarla günəş şüaları ilə mübarizə aparmalıdırlar.

Günəşin altında açıq havada olmamaq, 2 və ya 3 saatdan bir bədənə günə kremi sürtmək, nəmləndirici ilə quruyan dərini nəmləndirmək vacibdir” - deyə kosmetoloq bildirib.

Kosmetoloqun sözlərinə görə, günəş şüaları D vitamini qaynağı olmasına baxmayaraq bəzən zərərli də ola bilir. Günəş ləkələrini aradan qaldırmaq üçün limon suyu, alma sirkəsi, kartoif, hind yağı və s. istifadə etmək lazımdır.

“Limon suyunu hər gün pambıqla üzə çəkmək lazımdır. Bu zaman dəridə olan ləkələr ağaracaq. Bu üsulu 2 ay müddətində etdiyiniz zaman dərininin daha az ləkəli olduğunu görə biləcəksiniz.

Və yaxud hind yağını pambığa batırıb, üzünüzə çəkin. Bu da uzun müddət istifaə etdiyiniz təqdirdə, dərinizi ləkələrdən təmizləyəcək.

Bundan başqa, artofları bir neçə dilimə bölüb dərinizin üzərinə qoyun. Hər gün 15 dəqiqə bu proseduru etməyiniz, dərinizdə olan ləkələri aradan qaldıracaq” - kosmetoloq bildirib.

Qeyd edək ki, çoxunun xoşuna gəlməsə də, günəş ləkələrini sevənlər də sıralarımızda çoxdur. Bəzən üzünə ləkə-çil düşməyən insanlar bunun üçün xüsusi speylər də alırlar. Yəni onlar çilli olmağı sevirlər. Siz əgər üzünüzü günəş ləkələrindən qorumaq istəyirsinizsə, o zaman limon suyu ilə işə başlaya bilərsiniz.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »