Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lomaçenko titul uğrunda mübarizədən imtina edib - Ukraynadan çıxmayacağını bildirib
Lomaçenko titul uğrunda mübarizədən imtina edib - Ukraynadan çıxmayacağını bildirib

Yüngül çəkidə keçmiş dünya çempionu Vasili Lomaçenko avstraliyalı Corc Kambososla mütləq dünya çempionu titulu uğrunda döyüşdən imtina edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.

Mənbənin sözlərinə görə, Kambososla duel Lomaçenko Rusiya ilə müharibə müddətində Ukraynada qalmağa qərar verdikdən sonra amerikalı Devin Haneyə təklif olunub.

“Vasili, qərarınıza hörmətlə yanaşıram, hər şeyi başa düşürəm, sizin və ölkəniz üçün dua edəcəyəm. Xahiş edirəm özünüzü qoruyun. Mən Devinlə rinqin kətanını sildikdən sonra əsl çempionların döyüşündə rinqdə görüşəcəyik. Allah sizə kömək olsun!”, – deyə Kambosos ukraynalının qərarına reaksiya verib.

Xatırladaq ki, fevralın 24-də Rusiya prezidenti Putin Ukrayna ərazisində "xüsusi hərbi əməliyyat" keçirmək, Ukrayna şəhərlərinə genişmiqyaslı müdaxiləyə başlamaq barədə təcili bəyanatla çıxış edib. Müharibə başlayandan Lomaçenko Odessa vilayətində Belqorod-Dnestrovskinin müdafiəsinə qoşulub.

Vasili Lomaçenko Nyu-Yorkda Riçard Kommeyi son döyüşündə yekdil qərarla məğlub edib. Corc Kambosos Teofimo Lopezi məğlub edərək mütləq çempion olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »