Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün İsmayıl Şıxlının anadan olduğu gündür
Bu gün İsmayıl Şıxlının anadan olduğu gündür

Bir çox yazıçılarımız kimi o da yazmağa şeir ilə başlayır. Şeir yazmaqdan əl çəkməsi həyatın geniş lövhələrini hərtərəfli səmərəli axtarışları ilə əlaqələndirirdi.

İsmayıl Şıxlı üslubi keyfiyyətləri həm şeirlərdə həm də hekayələrdə qabarıq şəkilində özünü göstərir.

Aydındır ki, o həm yazıçı, həm elm adamı, həm təşkilatçı-rəhbər, həm ictimai-siyasi xadim, həm də millət vəkili olmuşdur.

Yığcamlıq, dilin obrazlılığı, rəvanlığı, təsvirlərin əlvanlığı ədibin ilk fəaliyyət illərinə məxsus "Ayrılan yollar", "Dəli kür" romanında da görürük. İsmayıl Şıxlının bir yazıçı kimi formalaşmasında "Dəli Kür" romanın böyük rolu vardır.

Onun yaratdığı "Dəli Kür" əsəri Azərbaycan ədəbiyyatında roman janrının ən gözəl nümunələrindən biri olmuşdur. Əsər bir çox başqa məqamları - əsas və törəmə süjetləri içinə alsa da, birbaşa Cahandar ağanın namus fəlsəfəsinin iflası üzərində qərarlaşır.

Əsl sənət əsəri milli səciyyə daşıyır. Əsl ümumbəşərilik də millilikdən başlayır.

İsmayıl Şıxlı 1919-cu ildə Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində dünyaya göz açır.

Kosalar kəndində ibtidai məktəbi bitirən yazıçı Qazax pedaqoji məktəbində təhsil alır. Sonra Azərbaycan Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil alıb, Qazax rayonunun Kosalar kənd tam orta məktəbində dərs hissə müdiri işləməyə başlayır.

İsmayıl Şıxlı ölkənin ağır günlərində, xalqın ziyalı sözünə ehtiyac duyğu dönəmlərdə xalqın yanında olmuş, Sovet rejiminin Azərbaycan xalqına qarşı törətmiş olduğu faciələri pisləyərək Kommunist Partiyasının sıralarını tərk etdiyini elan etmişdir.

O, Azərbaycanda ədəbi tənqidin vəziyyətindən bəhs edərkən üç başlıca cəhətə diqqət yetirmişdir. Birinci qrup tənqidçilər yazıçının uğuruna sevinən, qüsurlarına qəzəblənən, həyatda baş verən ictimai - siyasi prosesləri izləyən, ədəbi prosesə qaynayıb - qarışan tənqidçilərdir. Bu cür tənqidçilər yüksək nəzəri hazırlıqları ilə seçilir, vətəndaşlıq ehtirasları güclü olur deyərək o qeyd etmişdir.

İsmayıl Şıxlının “Yetər Aslanova” (1949), “Kerç sularında” (1950), “Dağlar səslənir” (1951), “Daşkəsən” (1953), “Ayrılan yollar” (1957), “Dəli Kür” (1983), “Məni itirməyin” (1984), “Cəbhə yolları” (1985), “Seçilmiş əsərləri” (1986), “Daim axtarışda” (1988), “Namərd gülləsi” (1991), “Ölüləri qəbiristanda basdırın” (1992), “Ölən dünyam” (1995). Tərcümələri (türkcə və ruscadan): “XIX əsr xarici ədəbiyyat tarixi” (1964), Mopassan Gi De. “Hekayələr və novellalar” (1980), (şərikli), Əziz Nesin. “Futbol kralı” (1988) (şərikli) əsərləri vardır.

Xidmətlərinə görə ona "Qızıl Ulduz" (1945), "Şərəf nişanı" (1971), "Qırmızı əmək bayrağı" (1979), II dərəcəli "Böyük Vətən müharibəsi" (1985) ordenləri və medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanını (1973) və Azərbaycan Respublikasının "Şöhrət" ordenini almışdır.

O, 1995 ci il 25 iyul tarixində Bakıda dünyasını dəyişir və fəxri xiyabanda dəfn olunur.

28 yanvar 2019-cu ildə prezidentimiz İlham Əliyev İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.(Havar)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »