Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyadan ABŞ-a ikibaşlı təklif: Kiyevə dəstəyi dayandırsanız, dostlaşa bilərik
Rusiyadan ABŞ-a ikibaşlı təklif: Kiyevə dəstəyi dayandırsanız, dostlaşa bilərik

Vaşinqton Rusiya ilə münasibətlərin gərginləşməsindən əl çəkməli və Ukraynaya silah vurmağı dayandırmalıdır.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı jurnalistlərə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Münasibətləri qorumaq üçün nə etmək lazımdır sualını qoymaq, şübhəsiz ki, düzgündür. ABŞ sadəcə olaraq, həm siyasi, həm də Kiyev rejiminə silahların verilməsi baxımından eskalasiyasını dayandırmalıdırlar. Vəziyyətin normallaşması üçün Rusiyaya qarşı təhdidlərə son qoyulmalıdır”,- deyə o bildirib.

Eyni zamanda, Ryabkovun sözlərinə görə, Vaşinqton çətin ki, Kiyevə müsbət təsir göstərməyə hazır olsun: “Baxmayaraq ki, bu, Rusiya Federasiyası ilə ABŞ arasında münasibətlərin normallaşması üçün müəyyən perspektivliyi müəyyən edərdi. Əgər Birləşmiş Ştatlar Kiyevə müəyyən müsbət təsir göstərə bilsə - mən nəinki şübhə edirəm, hətta əminəm ki, bu, baş verməyəcək - o zaman, Rusiya-Amerika münasibətlərini normallaşmasında müəyyən bir perspektiv olardı”,- deyə nazir müavini bildirib.

Bu arada, o vurğulayıb ki, Moskva Amerika tərəfinin günahı ucbatından Vaşinqtonla münasibətlərdə azalma tendensiyası təyin edir: "Biz bunu təəssüflə qəbul edirik. Lakin bu, "xüsusi hərbi əməliyyat"ın məqsədlərinə nail olmaq istiqamətində irəliləmək əzmimizə heç bir təsir göstərmir", - Rusiya Federasiyası xarici işlər nazirinin müavini deyib.

Nazir müavini xatırladıb ki, martın 21-də ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya diplomatik missiyasına çağırılıb. “ABŞ səfirinə etiraz notası təqdim edilib və orada baş verənlərin Rusiya və ABŞ münasibətlərinin pozulmaq ərəfəsində olduğu qeyd edilib. Deyilənlərdən başqa orada heç nə yoxdur”, - diplomat yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »