Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Turizmlə bağlı araşdırma layihəsi təqdim olundu
Azərbaycanda turizm marşrutu və xidmət səviyyəsi necə təşkil olunub?

Qafqaz Araşdırmaları Mərkəzi-ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan “Bakı şəhərində yerləşən mədəni və tarixi abidələr üçün nəzərdə tutulan turist marşrutları və göstərilən xidmət səviyyəsinin tədqiqi” mövzusunda layihəsi ilə əlaqədar ekspertlərlə görüşü keçirilib. Bu barədə Bizimyol.info saytına adıçəkilən qurumdan məlumat verilib. Məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan birliyin icraçı direktoru Qahirə Məmmədova layihə mövzusunun aktuallığından danışmış və qeyd etmişdir ki, bu layihənin əsas tədqiqat obyekti Bakı şəhərində yerləşən üç turistik məkan-Qobustan dövlət tarixi-bədii qoruğu, Yanardağ və “Qala” Dövlət tarix- etnoqrafiya qoruğudur.

Tədbirdə iştirak edən kulturoloq Vüsalə Məmmədzadə hər üç məkan haqqında ətraflı məlumat vermiş və bu məkanların turist cəlbediciliyi baxımından dəyərini vurğulayaraq layihə çərçivəsində aparılan tədqiqatın əhəmiyyətini diqqətə çatdırıb.

Sonda tədbir iştirakçıları adı çəkilən məkanların turist cəlbediciliyi ilə bağlı suallar vermiş, maraqlı təkliflər irəli sürüblər.

Xəbər Xidməti

Son xəbərlər
Bütün xəbərlər »