Məşhur ukraynalı aktyor Ada Roqovtseva “Current Time”ın efirinə çıxıb, Rusiya Federasiyasının prezidenti haqqında danışıb, rusiyalı həmkarlarından şikayətlənib.
Bizimyol.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Roqovtseva deyib ki, Putin insan deyil, şeytandır:
"Putin dünyada cinayətkar kimi tanınıb. Bir vaxtlar böyük olan Rusiyaya cinayətkar bir nəfər rəhbərlik edir. İndi bu Rusiya kriminal dövlətdir. Həm də dünyanı nüvə silahı ilə hədələyir! Bu, insan deyil! İnsanlar belə düşüncəsiz və hissiz hərəkət edə bilməzlər. Bu şeytandır” – deyə aktrisa bildirib.
Ada Roqovtsevanın sözlərinə görə, “Admiral” filmindəki rusiyalı həmkarları ona zəng edib Ukraynada baş verənləri soruşmayıblar.
"Heç kim bir dəfə də olsun mənə zəng etmədi. Kim nə deyirsə desin, Rusiyada insanlar o qədər zombiləşiblər ki, başqa xalqların onlara düşmən olduğunu düşünürlər", - deyib.
Qadir, Bizimyol.info