Ukrayna ilə danışıqlar müddətində atəşkəsin bərpası ilə bağlı heç bir müzakirə aparılmır. Çünki millətçilər yenidən cəmləşmək üçün yaranan fasilədən istifadə edirlər.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Kreml sözçüsü jurnalistlərin "danışıqlar zamanı atəşkəs etmək barədə razılaşma mümkündürmü" sualını cavablandırarkən: "Xeyr, fakt budur ki, əməliyyatın dayandırılması və ya istənilən dayanma millətçi birləşmələr tərəfindən yenidən qruplaşmaq üçün istifadə olunur. Onlar yaranmış fasilədən Rusiya hərbçilərinə qarşı hücumları davam etdirmək üçün istifadə olunuredirlər", - deyib.
Peskov vurğulayıb ki, “bu, dəfələrlə olub və buna görə də bu, təbii ki, prosesi çətinləşdirir”.
Qadir, Bizimyol.info