Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya neftinə qoyulan embarqo hamını vuracaq"
"Rusiya neftinə qoyulan embarqo hamını vuracaq"

Avropa İttifaqının Rusiya neftinin çatdırılmasına embarqo qoyması qərarı qəbul ediləcəyi təqdirdə bu, dünya bazarına ciddi təsir edəcək. Avropada enerji balanslarında vəziyyət pisləşdirəcək və hamını vuracaq.

Bizimyol.info xəbər verirv ki, bunu jurnalistlərə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib və avropalılara eyni zamanda, “çətin anlar yaşayacaqları” barədə xəbərdarlıq edib.

"Həqiqətən, bildiyimiz qədər, Rusiya neftinin tədarükünə embarqo mövzusu fəal şəkildə müzakirə olunur. Bu mövzu çox mürəkkəbdir, çünki belə bir embarqo dünya neft bazarına təsir edəcək və ümumiyyətlə çox ciddi şəkildə təsir edəcək.”, - o, bu cür sanksiyaların mümkünlüyü və onların ehtimal olunan nəticələrini şərh etmək xahişinə cavab olaraq bildirib.

Kremlin sözçüsü bəyan edib ki, belə bir qərar “Avropa qitəsində enerji balansına daha pis təsir edəcək”. "Eyni zamanda, amerikalılar tək qalacaqlar - bu göz qabağındadır - və özlərini avropalılardan qat-qat yaxşı hiss edəcəklər. Avropalılar çətin anlar yaşayacaqlar. Yəqin ki, bu, hamını vuracaq bir qərardır", - Peskov yekunlaşdırıb.

Qadir, bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »