Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gözlərin rəngi nələrdən xəbər verir?
Gözlərin rəngi nələrdən xəbər verir?

Gözləri qəhvə, qara rəngli olan insanların çoxu həyatında bircə dəfə də olsun “kaş ki, gözlərim mavi olaydı” deyə düşünüb. Mavi rəng insanlara cazibəli görünür. Ancaq bir çox insan mavi rəngin qəhvəyi rənglə müqayisə çox çatışmazlıqları var. Gözlərin rəngi istər mavi olsun, istərsə də qəhvəyi göz rəngi valideynlərdən alınan genetik mirasdır və nəsildən nəsilə keçir.

Bütün göz rəngləri melanin deyilən piqmentin miqdarı ilə əlaqəlidir. Yəni mavi və yaşıl gözlərdə piqment olmur. Qəhvəyi gözlərdə isə daha çox melanin olur və bu da işığın daha çox əmilməsinə və göz rənginin dəyişməsinə səbəb olur.

Bir uşağın göz rəngi kimi genetik məlumatları valideynlərinin xromosomlarında gizlidir Hər bir valideyndən gələn fərqli məlumatlar melanin miqdarına təsir edir. Göz rənginin müəyyənləşməsinə dair xromosomlar üzərində xüsusi bir bölgə var. Bu xüsusi bölgələrdə göz rəngini müəyyən etməyə yardım edən xüsusi protein genləri var. Protein miqdarı artdıqca melanin qəbulu da artır.

Mavi gözlər haqqında maraqlı məlumatlar var. Belə ki, dünya əhalisinin sadəcə 8 faizi mavi gözə sahibdir. Əslində hamımız doğulduğumuz zaman gözlərimizin rəngi açıq olur. Digər maraqlı məlumat isə odur ki, qəhvə rəngli piqment olmasına baxmayaraq mavi rəngli piqment yoxdur.

  • Mavi gözlər işığa qarşı daha həssasdır.
  • Mavi gözlü insanların alkoqolizm riski daha böyük olur.
  • Əgər gözləriniz mavidirsə, siz seçilmiş qrupda yer alırsınız.

Araşdırmalara görə, melanin hormonu gözün arxasını günəşdən gələn ultrabənövşəyi şualardan qoruyur. Mavi gözlərdə yaşıl və qəhvəyi gözlərlə müqayisədə daha az melanin olduğu üçün onlarda fotofobiya deyilən işıq həssasiyyəti daha çox müşahidə edilir.

Araşdırmalara görə, mavi gözlülər spirtli içkilərə daha çox meyilli olur. Belə ki, mavi gözlü Amerikal və Avropalıların sayı qəhvəyigözlülərdən çox olub. Amma yenə də buna dair elmi sübutlar yoxdur.

Mavi gözlüsünüz deyə, uşaqlarınız da mavi gözlü olacaq fikri də yanlış fikirdir. Çünki göz rəngi 16 fərqli genin təsiri ilə müəyyənləşir. Qısası, siz və yaxud həyat yoldşınız mavi gözlü olsanız belə uşaqlarınız qəhvəyi rəngli gözə sahib ola bilər. Yəni gözün rəngi ümumi genlərdən qaynaqlanır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »