Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Suqovuşan qəsəbəsinin elektrik təchizatında 35 kV-luq müasir tipli izolyasiya olunmuş xətlər tətbiq edilib
Suqovuşan qəsəbəsinin elektrik təchizatında 35 kV-luq müasir tipli izolyasiya olunmuş xətlər tətbiq edilib

Suqovuşan qəsəbəsinin elektrik təchizatında 35 kV-luq müasir tipli izolyasiya olunmuş xətlər tətbiq edilib. Prezident İlham Əliyevin Qarabağın bərpa və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqlara əsasən Tərtər rayonunun Suqovuşan qəsəbəsində 35 kV-luq izolyasıyalı və mühafizəli kabel elektrik veriliş xətləri tətbiq edilib. Suqovuşana səfəri zamanı dövlət başçısı İlham Əliyev çəkilən yeni xətlərlə tanış olub.

“Azərişıq” ASC tərəfindən ölkədə ilk dəfə tətbiq edilən, müasir texnologiyalara əsaslanan 35 kV-luq izolyasiyalı və mühafizəli kabel elektrik veriliş xətləri ənənəvi hava elektrik xətlərinə nisbətən daha rentabelli və texniki baxımdan şəbəkələrin dayanıqlı işini təmin etmək üçün əlverişli innovativ həlldir. Suqovuşan yaşayış məntəqəsinin elektrik enerji təchizatında tətbiq edilmiş 35kV-luq kabel xətti məhz belə, müasir şəbəkə quruculuğu üçün əsas elementlərdən biridir.

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin mühafizə zonası (3-6 metr) mövcud xətlərə (30-40 metr) nisbətən 6-10 dəfəyə qədər azdır. 35 kV-luq mövcud naqillərdə texniki itkilər 9-12% olduğu halda, müasir tipli izolyasiya olunmuş kabellərdə 3,5-4% təşkil edir. Şəbəkələrin saxlanma xərcləri 100%-dan 30%-a, illik mal-material sərfi 100%-dan 25%-a endirilir, xidmət müddəti 2 dəfə azalır. İzolyasiya olunmuş kabellərdə qəza açılmalarının sayı və müddəti mövcud naqil xətlərilə müqayisədə 60%-dək azdır. Planlı açılmalar (şəbəkələrə xidmət, təmir, profilaktik baxış və s.) müddəti mövcud xətlərə nisbətən 75% azdır. Yüksək gərginlik xətlərinin bilavasitə altında və yaxınlığında yerləşən yaşayış və əkin sahələrinin, ümumilikdə, sakinlərin yaşayış və fəaliyyət təhlükəsizliyi dəfələrlə artır, təbiət hadisələrinin elektrik veriliş xətlərinə təsiri aradan qaldırılır.

Yeni tip izolyasiya olunmuş 35 kV-luq xətlərin istifadəsi ümumilikdə ölkənin enerji sisteminin dayanıqlıq, etibarlıq və səmərəlilik göstəricilərini beynəlxalq standartlara yaxınlaşdırmağa imkan verir.

Eyni zamanda, bu növ kabel xətlərinin istənilən mühitdə: yeraltı, sualtı və hava ilə çəkilişi mümkünlüyü işğaldan azad edilmiş ərazilərdə qurulan 35/0,4 kV-luq innovativ paylayıcı şəbəkələrin istismarını asanlaşdırmaqla yanaşı, dayanıqlı işini də tam təmin edəcəkdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »