Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Müdafiə Nazirliyi Rusiyanın əsas hərbi hədəfini açıqladı
Britaniya Müdafiə Nazirliyi Rusiyanın əsas hərbi hədəfini açıqladı

Britaniya Müdafiə Nazirliyi hesab edir ki, Rusiya yaxın həftələrdə Ukrayna paytaxtını mühasirəyə almağa cəhd edə bilər.

Müdafiə Nazirliyi hesab edir ki, Kiyevin ələ keçirilməsi Rusiyanın Ukraynaya qarşı müharibəsində hələ də əsas prioritetdir. Bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb. Xüsusilə, Kiyevin şimalında şiddətli döyüşlərin davam etdiyi qeyd edilir.

"Rusiya qoşunlarının şimal-şərqdən Ukrayna paytaxtına doğru irəliləməsi dayanıb. Qostomel istiqamətindən şimal-qərbə doğru irəliləyən qüvvələr Ukrayna müqaviməti ilə geri oturdulub. Rusiya qüvvələrinin əsas hissəsi şəhər mərkəzindən 25 km-dən çox məsafədə qalıb”,- deyə məlumatda bildirilir.

“Düşmənə qarşı müqavimət uğur qazansa da, Kiyev Rusiyanın əsas hərbi hədəfi olaraq qalır və çox güman ki, onlar yaxın həftələrdə şəhəri mühasirəyə almağa cəhd etməyi prioritet hesab edəcəklər”,- deyə Britaniya kəşfiyyatının topladığı məlumatlarda bildirilir.

Bundan əvvəl Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinad edərək Rusiya qoşunlarının hələ də Nikolayevdən yan keçməyə çalışaraq qərbə doğru irəliləməyə çalışdığını bildirib.

Xatırladaq ki, fevralın 24-də səhər saat 5 radələrində Rusiya Ukrayna ərazisinə soxulub. Rusiya prezidenti Vladimir Putin suveren dövlətə qarşı müharibəni guya ölkəni “demilitarizasiya” və “denazifikasiya” məqsədi daşıyan “hərbi əməliyyat” adlandırıb.

Rusiya ordusu misli görünməmiş qəddarlıqla artilleriya, çoxsaylı ballistik raketlərdən istifadə etməklə Ukraynanın şəhər və qəsəbələrində yaşayış məntəqələrini atəşə tuturlar. Kremlin hərəkətləri faktiki olaraq bütün dünya tərəfindən pislənib və ağır iqtisadi sanksiyaıar tətbiq edilib. Ukrayna silahlı qüvvələri oraktik olaraq Rusiya ordusunun hərəkətini dayandırıb və cəbhənin bəzi istiqamətlərində əks-hücumlar təşkil edir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »