Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Simonyan parlaq əyalət qızından bədheybət təbliğatçıya çevrildi” – Marina Ovsyannikova
“Simonyan parlaq əyalət qızından bədheybət təbliğatçıya çevrildi” – Marina Ovsyannikova

Rusiyanın “1-ci kanal” dövlət televiziyasının canlı efirində müharibə əleyhinə posterlə ekranda görünən kanal əməkdaşı Marina Ovsyannikova bu vaxta qədər niyə özünün də yalan danışdığını və səbrinin nə vaxt tükəndiyini izah edib. Jurnalistin sözlərinə görə, vicdanı ona əzab versə də, qrafikdən razı qaldığı üçün uzun müddət qeyri-peşəkarlarla işləyib.

O bu barədə artıq Rusiyada fəaliyyəti dayandırılmış “Meduza” nəşrinə açıqlamasında bildirib. Xatırladaq ki, Ovsyannikova kamera qarşısında demarşa görə 30 min rubl cərimələnib.

Telekanalın əməkdaşı izah edib ki, 2003-cü ildə o, bu kanalda karyerasına yeni başlayanda onu peşəkarlar komandası və əxlaqi prinsipləri olan insanlar əhatə edib. Sonradan təbliğat getdikcə daha tez-tez efirləri doldurmağa başlayanda Marina özünü narahat hiss etməyə başlayıb.

"Son illərdə mən əsl koqnitiv dissonans yaşadım, çünki inanclarım işimlə ziddiyyət təşkil edirdi. Amma mən qrafikdən razı qalırdım, ailəmə çox vaxt ayırdım, diqqətimi idmana və səyahətə ayıra bilirdim",- deyə bildirib.

Ovsyannikovanın fikrincə, onun daxilindəki narazılıq tədricən böyüyüb və Putin Ukraynada müharibəyə başlayanda artıq partlama həddinə çatıb.

"Buna dözmək mümkün deyildi: şok, dəhşət, mən nə yata bilirdim, nə yeyə bilirdim, sadəcə, donub qalmışdım. Bunun baş verə biləcəyinə inanmırdım. Hətta "DNR" və "LNR" tanınanda və tanklar hərəkət edəndə, mən düşünürdüm ki, onlar bölgələrdə dayanacaqlar. Amma onlar Xarkovu bombalamağa başlayanda və Kiyevə doğru gedəndə bu mənzərə ağlıma sığmadı",- deyə Ovsyannikova bildirib.

Jurnalist etiraf edib ki, əvvəlki iş yerindən yalnız bir həmkarı ona zəng edib, digərləri isə əlaqəini kəsib. Bundan başqa, sonda narazı qalan tanışları onun avtomobilinin təkərlərini deşiblər.

Marqarita Simonyan Marqarita Simonyan

Hətta onların birgə təhsil alıb işlədikləri tanınmış təbliğatçı Marqarita Simonyan da Ovsyannikovanın müdafiəsinə qalxmayıb. "O, yaxşı işləyirdi, həqiqətən cəsur və qəhrəman jurnalist idi. Və zaman keçdikcə transformasiya baş verdi və parlaq əyalət qızından bədheybət təbliğatçıya çevrildi",- deyə o, Simonyan haqqında fikrini bölüşüb.

Marqarita Simonyan isə Marinanın ünvanına təhqiramiz ifadələr işlədib və onunla heç vaxt dost olmadığını bildirib.

Xatırladaq ki, martın 14-də “Vremya” (“Zaman”) verilişinin efirində telekanalın əməkdaşı olan Marina əlində müharibə əleyhinə posterlə canlı yayıma daxil olub.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »