Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcavüzə məruz qalan azyaşlı qız Bakıda müalicə olunur
Təcavüzə məruz qalan azyaşlı qız Bakıda müalicə olunur

Gəncə şəhərində 2005-ci il təvəllüdlü sağlamlıq imkanları məhdud olan yetkinlik yaşına çatmayan qızın zorlanaraq hamilə qalmasına dair ailə üzvləri tərəfindən 916 Çağrı Mərkəzinə müraciət daxil olduqdan sonra Ombudsman tərəfindən Gəncə Şəhər Prokurorluğuna sorğu göndərilərək məsələ dərhal nəzarətə götürülüb.

Ombudsman Aparatından verilən xəbərə görə, yeniyetmənin ailə üzvləri qızın müalicəsinin Bakıda davam etdirilməsi üçün yenidən müraciət ediblər. Hazırda, zərərçəkmişin müalicəsi Bakıda davam etdirilir. Aparatın əməkdaşları yeniyetmənin ailə üzvləri ilə mütəmadi əlaqə saxlayaraq, onun səhhəti, psixoloji durumunu nəzarətdə saxlayırlar.

Azyaşlı qızın anası Ə.P-nın sözlərinə görə, Ə.G 17 martda təcili tibbi yardım avtomobili ilə Respublika Klinik Xəstəxanasına gətirilib. Martın 19-u isə 28 həftəlik hamiləlik sonlandırılıb:

“Hazırda yeniyetmə reanimasiya şöbəsindədir. Gəncədə olanda qızımın psixoloji vəziyyəti daha da gərginləşirdi. Günü-gündən vəziyyəti ağırlaşırdı. İndi Hamiləlik sonlandırılıb. Hələ reanimasiyadadır. Dəqiq bilmirik ki nə vaxt çıxacağıq. Amma istərdim ki, burada müalicəsi bitdikdən sonra qızım psixoloji xəstəxanada da müalicə alsın. Başına gələnlərdən sonra ruhi vəziyyəti daha da pisləşib”.

Qeyd edək ki, Ombudsman Səbinə Əliyevanın tapşırığı ilə məsələ nəzarətdə saxlanılır və zəruri dəstək göstəriləcək.(apa)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »