Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 hava hədəfini vurub
Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 hava hədəfini vurub

Ukrayna qırıcıları dünən işğalçının 7 hava hədəfini vurub, texnika dəstələrinə və canlı düşmən qüvvələrinə sarsıdıcı zərbələr endiriblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının martın 21-də saat 06.00-a Rusiyanın işğalı ilə bağlı operativ məlumatında bildirilib.

Məlumatda bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri ötən sutka ərzində düşmənin 7 hava hədəfini (1 təyyarə, 4 PUA və 2 qanadlı raket) vurub. Bundan əlavə, bombardmançı və yerüstü hücum təyyarələri texnika və düşmən canlı qüvvəsinin cəmləşdirilməsinə sarsıdıcı zərbələr endirilib.

Baş Qərargah qeyd edir ki, son 24 saat ərzində Müdafiə Qüvvələrinin mövqeyi və hərəkətlərinin xarakterində ciddi dəyişikliklər baş verməyib.

"Ukrayna Silahlı Qüvvələri və Müdafiə Qüvvələrinin digər bölmələri ələ keçirilən xətləri saxlamağa çalışan düşmən qoşunlarının qruplaşmalarına zərbələr endirməkdə davam edir. Eyni zamanda, düşmənin pilotlu təyyarələrdən istifadə intensivliyini azaltdığı qeydə alınıb. Raket və bomba zərbələrinin nəticələrinin effektivliyini qiymətləndirmək üçün düşmən operativ-taktiki pilotsuz uçuş aparatlarından istifadə edib”,- deyə məlumatda bildirilir.

Xatırladaq ki, fevralın 24-də səhər saat 5 radələrində Rusiya Ukrayna ərazisinə soxulub. Rusiya prezidenti Vladimir Putin suveren dövlətə qarşı müharibəni guya ölkəni “demilitarizasiya” və “denazifikasiya” məqsədi daşıyan “hərbi əməliyyat” adlandırıb.

Rusiya ordusu misli görünməmiş qəddarlıqla artilleriya, çoxsaylı ballistik raketlərdən istifadə etməklə Ukraynanın şəhər və qəsəbələrində yaşayış məntəqələrini atəşə tuturlar. Kremlin hərəkətləri faktiki olaraq bütün dünya tərəfindən pislənib və ağır iqtisadi sanksiyaıar tətbiq edilib. Ukrayna silahlı qüvvələri oraktik olaraq Rusiya ordusunun hərəkətini dayandırıb və cəbhənin bəzi istiqamətlərində əks-hücumlar təşkil edir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »