Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirə bilər

Birləşmiş Ştatlar Rusiyaya qarşı sanksiyalarını daha çox bankları və iqtisadiyyatın təsirsiz sektorlarını, xüsusən də enerji ilə əlaqəli sahələri əhatə etmək üçün genişləndirə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini Duleep Singh "CBS" telekanalına müsahibəsində bildirib.

Ondan Ukraynadakı vəziyyətlə bağlı Vaşinqtonun Moskvaya qarşı daha hansı məhdudiyyətlər tətbiq edə biləcəyi soruşulub: “Biz sanksiyalarımızı genişləndirə bilərik.

Əlavə məhdudlaşdırıcı tədbirlər qəbul edilə bilər, artıq tətbiq etdiyimiz sanksiyaları fəallaşdıra bilərik, bu da onların təsirini kifayət qədər artıra bilər. Məsələn daha çox bank sektoruna təsir etmək, bundan başqa, hələ toxunmadığımız çox sahə var", - deyə  Singh bildirib.

O, məhdudiyyətlərin “Rusiya iqtisadiyyatının strateji əhəmiyyətli sahələrinə” təsir edə biləcəyini izah edib: "Əsasən neft və qazdan danışırıq, amma başqa sektorlar da var. Onları konkretləşdirmək istəmirəm, amma düşünürəm ki, Rusiya prezidenti Vladimir Putin nə barədə danışdığımızı anlayır", - Ağ Ev rəsmisi bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyanın iqtisadi inkişafı ilə bağlı proqnozlar mənfidir. "Diplomatiya heç vaxt ölməyəcək. Bizim həmişə uçurumdan geri addım atmaq imkanımız var", - Ağ Evin Milli İqtisadi Şurasının direktor müavini əlavə edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »