Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd olunanların sayı açıqlanıb
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə vurulan vaksinlərin sayı açıqlanıb.

Bu barədə "Bizimyol.info"ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Məlumata görə, son bir gündə COVID-19 əleyhinə 12 966 vaksin vurulub. Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 501, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 10 039, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 758 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 368 482, birinci doza peyvəndlərin ümumi sayı 5 319 389, ikinci doza vaksinlərin sayı 4 814 484 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 010 292, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 224 317 olub.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »