Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin xalqın qarşısına maşın qiymətinə Avropa paltosunda çıxıbmış - Foto
Putin xalqın qarşısına maşın qiymətinə Avropa paltosunda çıxıbmış - Foto

Rusiya prezidenti Vladimir Putinin təkcə başqa dövlətlərə və xalqlara qarşı deyil, həm də elə öz xalqına qarşı hörmətsizliyi dəfələrlə müşahidə edilib.

O, bu dəfə də öz vərdişlərini nümayiş etdirib. Krımın işğalına həsr olunmuş “bayram” tədbirində 10 minlərlə Rusiya vətəndaşı qarşısında çıxış edən Putin yenə də xalqdan nə qədər uzaq olduğunu nümayiş etdirib.

Məsələ burasındadır ki, Rusiya əsgərləri Ukraynada acından mağazalara basqın etdikləri bir vaxtda Putin öz xalqının qarşısına bahalı palto ilə çıxıb. Məsələnin başqa bir tərəfi odur ki, dünya Rusiyaya sanksiyalar tətbiq edərək öz brendlərini Rusiyadan çıxardığı halda Putin məhz Avropa istehsalı olan bahalı paltarla görünüb. Hərbi əməliyyatın başlaması ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) başlatdığı sanksiyalara görə Rusiyadakı ABŞ və Avropa brendləri və şirkətləri ölkəni tərk edir, bir çox markalar Rusiyadakı fəaliyyətlərini dayandırırlar.

Bizimyol.info xəbər verir ki, Vladimir Putin Moskvadakı futbol stadionunda Ukraynanın işğalını dəstəkləmək üçün təşkil etdirdiyi tədbirdə İtaliya istehsalı olan “Loro Piana” brendinə məxsus palto ilə çıxış edib. Paltonun qiyməti 14 min dollar təşkil edir. Bu, orta statistik Rusiya zabitinin təxminən ilyarımlıq maaşına bərabərdir.

Vladimir Putin bahalı paltoda Vladimir Putin bahalı "Loro Piana" paltosunda

Amerikalı politoloq Yan Bremmer sosial media hesabında Putinin paltosunun qiymətinin 14 min dollar olduğunu yazıb və foto paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Putinin 1 milyard 200 milyon dollara özünə saray tikdirdiyi üzə çıxmışdı. Rusiya müxalifətinin lideri Aleksey Navalnı sarayın inşası ilə bağlı bütün sənədləri ələ keçirərək açıqlamışdı. Ardınca Rusiyanın bir çox şəhərlərində etiraz aksiyaları keçirildi və sonra Navalnı həbs olundu. Bu vaxta qədər də Navalnı həbsdə saxlanır.

Vladimir Putinin olduğu deyilən saray Vladimir Putinə məxsus olduğu deyilən saray

Daha öncə Navalnını zəhərləmək cəhdi baş vermişdi. Navalnlı bu cəhdin Putin tərəfindən sifariş edildiyini bildirmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »