Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu il Rusiyadan Çinə neft ixracı 9 % azalıb
Bu il Rusiyadan Çinə neft ixracı 9 % azalıb

Bu ilin yanvar-fevral aylarında Rusiyanın Çinə neft ixracı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 9% azalaraq 12,66 milyon ton təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsi məlumat yayıb.

Fiziki həcmin azalmasına baxmayaraq, Çinin Rusiyadan aldığı enerji məhsulunun dəyəri son iki ayda 31,4% artaraq 7,46 ABŞ milyard dollar təşkil edib.

Məlumata görə, Rusiya Çinin neft tədarükçüləri arasında hələ də ikinci yerdədir. Birinci yer yanvar-fevral aylarında Çinə 8,74 ABŞ milyard dollara 14,6 milyon ton neft satan Səudiyyə Ərəbistanına aiddir.

Rusiyadan sonra İraq (5,7 milyard ABŞ dollarına 10,01 milyon ton), Oman (5,34 milyard ABŞ dollarına 8,93 milyon ton) və Küveyt (3,8 milyard ABŞ dollarına 6,32 milyon ton) gəlir.

Çin gömrük orqanlarının məlumatına görə, 2021-ci ildə Rusiyadan Çinə neft idxalı 4,5 % azalaraq 79,64 milyon ton təşkil edib. Çinin Rusiyadan aldığı enerji daşıyıcısının dəyəri isə əksinə, 45,5 % artaraq 40,29 milyard ABŞ dollarına çatıb.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »