Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Birinci mərhələdə Ukrayna qalib gəldi” – ABŞ hərbi ekspert qrupu
“Birinci mərhələdə Ukrayna qalib gəldi” – ABŞ hərbi ekspert qrupu

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın fevralın 24-də başlatdığı müharibənin ilk mərhələsində düşməni məğlub edib. Rusiya Ukraynanın iri şəhərlərini ələ keçirmək üçün hava-desant və mexanikləşdirilmiş əməliyyatlar aparmaq üçün qüvvə göndərib, lakin ilkin mərhələdə bütün cəhdləri uğursuz alınıb. Gələcəkdə də Putinin ordusu müxtəlif istiqamətlərdə irəliləməyə çalışacaq, lakin onun uğurlu perspektivi görünmür.

Bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun hesabatında deyilir. İnstitutun fikrincə, müharibə həftələr və ya aylarla davam edə biləcək bir mərhələyə girəcək və Rusiyanın tam qələbə səyləri uğursuz olacaq.

"Rusiya qüvvələri döyüş meydanının bəzi hissələrində məhdud irəliləyişlər əldə etməyə davam edir, lakin onların bu şəkildə vacib hədəfləri ələ keçirə biləcəkləri ehtimalı azdır. Bu vəziyyətə Rusiya üçün ağlabatan cavab bu kampaniyanı dayandırmaq, uzunmüddətli əməliyyat fasiləsi götürmək və yeni savaş planı hazırlamaq olardı. Bunun əvəzinə, onlar savaş kampaniyasını davam etdirmək üçün davamlı qaydada öz qüvvələrini kiçik qruplarla gücləndirməyə davam edir. Amma deyə bilərik ki, bu səylər uğursuzluqla nəticələnəcək",- deyə hərbi analitiklərin hesabatında deyilir.

Onlar vurğulayıblar ki, Donetsk vilayətində “Mariupolun tam süqutu” çətin ki, Rusiyanın orada böyük bir qüvvəni sərbəstləşdirməsinə və onları başqa istiqamətlərə, Zaporojye və Dneprə yönəltməsinə imkan versin. Rusiya qoşunları əsasən şəhərlər ətrafında cəmləşib. 8-ci birləşmiş silahlı ordu şərqə, Krımdakı qruplaşmaları isə qərbə göndərərək şəhərlər ətrafında əhəmiyyətli döyüş gücü cəmləşdirib.

"Ruslar Mariupolu tez və ya nisbətən az itki ilə ələ keçirsəydilər, yəqin ki, Zaporojye və Dnepr istiqamətində qərbə doğru bu şəhərləri təhdid etmək üçün kifayət qədər döyüş qüvvəsi yerləşdirə bilərdilər. Amma Mariupolun uzun sürən mühasirəsi Rusiya qüvvələrini bu istiqamətdə ciddi şəkildə zəiflədir",- deyə hesabatda bildirilir.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »