Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski razıdır, Putin isə danışıqların nəticə verəcəyinə inanmır
Zelenski razıdır, Putin isə danışıqların nəticə verəcəyinə inanmır

Türkiyə hakimiyyəti Ukrayna prezividenti Vladimir Zelenski və Rusiyanın  dövlət başçısı Vladimir Putin arasında görüş təşkil etmək üçün hər cür cəhd edir.

Bizimyol.info xəbər verir ki, bu sözləri “Hürriyyət”ə müsahibəsində Türkiyə prezident administrasiyasının nümayəndəsi İbrahim Kalın deyib.

Onun sözlərinə görə, Moskva hələlik danışıqlar aparmaq üçün hər hansı xüsusi istəyi ifadə etməyib.

“Prezidentimiz Ərdoğan müharibənin dayandırılması və iki liderin Türkiyədə görüşünün keçirilməsi təklifini bildirdi. Cənab Zelenski buna hazırdır.

Putin, əksinə, hesab edir ki, tərəflər hələ də dövlət başçıları səviyyəsində danışıqlar aparmaq üçün ümumi kompromis variantlar əldə etməyə nail olmayıblar.

Qeyd olunur ki, Ərdoğan Zelenski ilə Putinin danışıqları zamanı uzlaşmanın mümkün olduğu əsas məqamların müəyyənləşdirilməsini təklif edib. O hesab edir ki, bundan sonra daha ətraflı danışıqlar aparmağa dəyər.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »