Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynalı nənə 8 Rusiya hərbçisini “pirojki” ilə aradan götürüb
Ukraynalı nənə 8 Rusiya hərbçisini “pirojki” ilə aradan götürüb

Ukraynada döyüşən Rusiya ordusu acınacaqlı vəziyyətdədir – onların yeməyə heç nəyi yoxdur. Ukraynalılar isə hər vasitə ilə müqavimət göstərir. Hər kəs öz bacardığını edir. Bir ukraynalı nənə isə orijinal "döyüş" üsulu tapıb.

Bizimyol.info xəbər verir ki, bunu bir Rusiya hərbçisinin kimliyi dəqiq bilinməyən bir qızla telefon söhbətin audiodiləməsi də ortaya qoyub. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbərinin müşaviri Anton Geraşenko məlumat yayıb.

"Burada yeməyə heç nəyimiz yoxdur. Dünən ördək oğurladıq. Dükanlara basqın edirik. Acından ölürük”,- deyə hərbçi gileylənir.

Rusiyadan danışan qız isə həm öz kəndlərinə, həm də qonşu kəndlərə gətirilən müharibə qurbanları barədə xəbər verir. O həmçinin əlavə edir ki, burada televiziyada itkilər barədə heç nə demirlər, sanki Rusiyanın itkiləri yoxdur. Amma qız eyni zamanda təsdiqləyir ki, onların vəziyyətdən xəbəri var, çünki müharibədən gələn tabutları hər tərəfdə görürlər. Həmçinin qız onu da vurğulayır ki, Qleb də (çox güman müharibədə döyüşən hansısa qohumunu nəzərdə tutur – red.) itkilərin çox olduğunu deyir. Onun sözlərinə görə, Qleb deyib ki, Ukrayna ordusunun öldürdüyü əsgərlərin cəsədlərini “Kamaz”la daşıyırlar.

Telefonda danışan hərbçi də təsdiqləyib ki, “vəziyyət dəhşətli dərəcədə pisdir”. İtkilərin çox olduğunu deyən hərbçi aclıq çəkdiklərini də etiraf edib. Bu zaman qız söhbətə müdaxilə edir və deyir ki, amma burada televizorda başqa şeylər göstərirlər, “guya camaat özü könüllü olaraq sizə yemək verir”.

Ardınca hərbçinin dedikləri bir qədər tragikomediyaya bənzəyir. Bu yerdə hərbçi həmsöhbətinin sözünü kəsib deyir ki, “hə, düz deyirlər, dünən bir ukraynalı nənə bizimkilərə “pirojki” verdi, 8 nəfəri tabutda yola saldıq”. Sonra qız soruşur ki, 8 əsgər nədən ölüb, hərbçi cavab verir ki, “pirojkidən zəhərləndilər”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »