Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qarabağ”ın daha bir mümkün rəqibi müəyyənləşdi - CƏDVƏL
“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki daha 1 potensial rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, təmsilçimiz Litva klubu “Jalgiris”lə üz-üzə gələ bilər.

Litva çempionunun II təsnifat mərhələsində səpələnməmişlərdə olacağı dəqiqləşib. “Jalgiris”dən fərqli, Moldova çempionu “Şerif” Azərbaycan Premyer Liqasının qalibi ilə eyni səbətdə, səpələnmişlərdə qərarlaşacaq.

İyunun 19-da keçiriləcək ilk iki təsnifat mərhələsinin püşkatmasına qatılacaq komandalardan yalnız Polşa çempionunun adı bəlli deyil. Polşa çempionu ilə yanaşı, II mərhələdən mübarizəyə qoşulacaq Slovakiya çempionatının qalibi “Jilina”nın hansı səbətdə qərar tutacağı qeyri-müəyyəndi. Buna Polşada qızıl medalçı müəyyənləşəndən sonra aydınlıq gələcək.

Təmsilçimizin mübarizəyə başlayacağı II təsnifat mərhələsində 34 komanda iştirak edəcək. Püşkdə 29 komanda və I təsnifat mərhələsinin 5 cütü hərəsində 17 iştirakçı olmaqla iki səbətə bölünəcək.

Səpələnmişlər sırasında yer alacaq “Qarabağ” 12 klub və ya 4 cütlükdən biri ilə görüşəcək. Ermənistan klubunun yer aldığı I mərhələnin cütü isə çempionumuzla üz-üzə gələ bilməz.

“Zəiflər”in digər 9-u, həmçinin II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq 10 komanda isə “Qarabağ”la qarşılaşa bilər. Birbaşa ikinci mərhələdən başlayıb səpələnməmiş olan 12 rəqibdən 11-i məlumdusa, biri hələ dəqiqləşməyib.

Çempionlar Liqası

I təsnifat mərhələsi

Səpələnmişlər

TNS (Uels) – 5,775

“Linfild” (Şimali İrlandiya) – 3,650

“Vikinqur” (Farer adaları) – 2,950

“Hibernians” (Malta) – 2,800

“Santa-Koloma” (Andorra) – 2,733

Səpələnməmişlər

“Alaskert” (Ermənistan) – 2,525

“La Fiorita” (San-Marino) – 1,566

“Europa” (Cəbəllütariq) – 1,500

“İnfonet” (Estoniya) – 1,300

“Trepça” (Kosova) – 1,000

II təsnifat mərhələsi

Səpələnmişlər

“Seltik” (Şotlandiya) – 42,785

“Zalsburq” (Avstriya) – 40,570

“Kopenhagen” (Danimarka) – 37,800

“Lüdoqorets” (Bolqarıstan) – 34,175

BATE (Belarus) – 29,475

APOEL (Kipr) – 26,210

“Maribor” (Sloveniya) - 21,125

“Qarabağ” (Azərbaycan) – 18,050

“Malmö” (İsveç) – 16,945

“Astana” (Qazaxıstan) – 16,800

“Partizan” (Serbiya) – 16,075

“Riyeka” (Xorvatiya) – 15,550

“Rusenborq” (Norveç) – 12,665

“Şerif” (Moldova) – 11,150

“Hapoel” (Beyer Şeva, İsrail) – 10,875

“Hafnarfyordur” (İslandiya) – 6,175

Səpələnməmişlər

“Jalgiris” (Litva) – 5,825

“Dandalk” (İrlandiya) – 5,815

“Vardar” (Makedoniya) – 5,125

“Dudelanj” (Lüksemburq) – 4,975

“Kukesi” (Albaniya) – 4,550

“Zrinski” (Bosniya və Herseqovina) – 4,050

“Buduçnost” (Monteneqro) – 3,300

“Honved” (Macarıstan) – 2,900

“Mariehamn” (Finlandiya) – 2,030

“Spartak” (Latviya) – 1,975

“Samtredia” (Gürcüstan) – 1,525

I təsnifat mərhələsinin 5 qalibi

Qeyri-müəyyənlər

“Jilina” (Slovakiya) – 5,850

Polşa çempionu
Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Qonşu ölkələrin ərazi bütövlüyü hər şeydən vacibdir” - İran XİN
Son xəbərlər
Bütün xəbərlər »