Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Conson Putinin Ukraynadan sonrakı hədəfi barədə: “Yeni qorxu erası”
Conson Putinin Ukraynadan sonrakı hədəfi barədə: “Yeni qorxu erası”

Böyük Britaniyanın baş naziri Boris Conson Avropanın üzərinə düşən təhlükəyə işarə edib. O qeyd edib ki, Kiyev uduzsa, Moskva Şərqi Avropanı yeni güclə qorxudacaq.

Bizimyol.info xəbər verir ki, Böyük Britaniyanın baş naziri bunu Mühafizəkarlar Partiyasının Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin azad demokratik ölkənin ona qonşu olacağından ehtiyat edərək Ukraynanı işğal etmək qərarına gəlib. Eyni zamanda o, Putinin Ukraynanı işğal etməklə fəlakətli səhvə yol verdiyinə diqqət çəkib.

Siyasətçi hesab edir ki, Putinin özü də Ukraynanın NATO-ya daxil olacağına və ya “rus xalqının mənşəyi haqqında yarı mistik söhbətə” inanmır.

"İşğal onun planına uyğun gedərsə, Putin Ukraynada dayanmayacaq. Ukraynanın işğalının sonunu Gürcüstanda, sonra isə Moldovada azadlıq ümidlərinin sona çatması ilə yekunlaşdırmağa çalışacaq ki, bu, bütün dünyada yeni qorxu dövrünün başlanğıcı deməkdir. Putinin planına görə, Baltikdən Qara dənizə qədər Şərqi Avropa Rusiyanın nəzarətində olacaq”, - Conson bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »