Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Bu müharibədə baş verənləri “gələcək nəsillər də” xatırlayacaq
Zelenski: Bu müharibədə baş verənləri “gələcək nəsillər də” xatırlayacaq

Ukrayna prezidenti ruslara xəbərdarlıq edib: "On minlərlə insan prezident Vladimir Putinin çıxışını dinləmək üçün millətçi tədbirə qatıldıqdan sonra işğalın davam etdirilməsini “gələcək nəsillər də” xatırlayacaq".

Bizimyol.info xəbər verir ki, Prezident Volodymyr Zelenski bu açıqlamaları ötən gecə Moskvada Rusiya qüvvələrinə dəstək üçün keçirilən kütləvi mitinqdən sonra səsləndirilib.

Mitinqə qatıldığı bildirilən 200 min insanın Ukraynaya göndərilən Rusiya qüvvələrinin sayına bənzədildiyini qeyd edən Zelenski, Moskvada keçirilən tədbir, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük quru münaqişəsinin yüksək riskini nümayiş etdirdiyini söyləyib.

“Təsəvvür edin ki, Moskvadakı həmin stadionda 14 min cəsəd, daha on minlərlə yaralı və şikəst var. Bunlar işğal boyu Rusiyanın gizlətməyə çalışdığı itkiləridir”, - deyə Ukrayna lideri bildirib.

Qadir, Birimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »