Rusiya qoşunlarını yenidən qruplaşdırmaq üçün danışıqlardan istifadə edir.
Bizimyol.info xəbər verir ki, Britaniyanın xarici işlər naziri Liz Truss danışıqların “tüstü pərdəsi” olduğunu deyib.
"Əgər bir ölkə danışıqlara ciddi yanaşırsa, o, bu gün dinc sakinləri bombardman etmir. Bizim gördüyümüz rusların yenidən qruplaşması üçün şərait yaratmaq cəhdidir", - deyə Truss bildirib.
“Biz masada Rusiya qoşunlarının çıxarılması və ya hər hansı mühüm təklif görmürük”.
Trussun sözlərinə görə, Ruslar yalan danışır və aldatmağa çalışır. "Qorxuram ki, danışıqlar diqqəti yayındırmaq və tüstü pərdəsi yaratmaq üçün növbəti cəhddir", - deyə o bildirib.
Qadir, Bizimyol.info