Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinin aparılması qaydası müəyyənləşib
İşğaldan azad edilmiş ərazilərdə bərpa və tikinti işlərinin aparılması qaydası müəyyənləşib

Azad olunmuş ərazilərdə tikililərlə bağlı həyata keçirilmiş dəyişikliklər və söküntü barədə məlumatların Reyestrə daxil edilməsi qaydası açıqlanıb.

Bizimyol.info xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun "İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestrinin yaradılması və “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Tikililərlə bağlı dəyişikliyin həyata keçirilməsini və söküntü işlərinin aparılmasını nəzərdə tutan dövlət orqanı (qurumu) (bundan sonra – qurum) dəyişiklik (məsələn, yenidənqurma, bərpa, təmir işləri) və söküntü niyyətinin Reyestrdə əks olunması məqsədilə elektron informasiya resursu vasitəsilə aşağıda qeyd olunan qaydada qeydiyyat orqanına müraciət edir:

tikilidə dəyişiklik niyyəti barədə məlumatın Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 2-ci bölməsinə (2.3.1-ci yarımbəndin 5-ci abzası istisna olmaqla) daxil edir;

müraciət söküntü işlərinin həyata keçirilməsi ilə bağlı olduqda qurum Reyestrə daxil olaraq, tikilinin inventar nömrəsini seçir, daha sonra əsaslandırılmış müraciəti Reyestrə daxil edir. Tikili söküntüsü mümkün olan tikili kateqoriyasına aid olduğu halda, həmin müraciət avtomatik qaydada qeydiyyat orqanına göndərilir.

Tikili sökülməsinə rəy tələb olunan tikili kateqoriyasına aid olduğu təqdirdə isə bu Əsasnamənin 3.1.2-ci yarımbəndində qeyd olunan müraciət elektron informasiya resursu vasitəsilə avtomatik qaydada Azərbaycan Respublikası Prezidentinin müvafiq ərazi üzrə fəaliyyət göstərən xüsusi nümayəndəsinə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir.

Aidiyyəti qurumlar 3 (üç) iş günü müddətində öz rəylərini Reyestrə daxil edirlər. Rəylər aşağıda qeyd olunan məzmunlardan birində olmalıdır:

1. tikilinin sökülməsi məqsədəuyğun hesab olunur;

.2. tikilinin sökülməsi məqsədəuyğun hesab olunmur (səbəbi göstərilməklə).

4. Rəylərin hamısı müsbət olduğu təqdirdə, tikilinin sökülməsinin məqsədəuyğunluğu haqqında məlumat sistem tərəfindən avtomatik olaraq Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş göndərilir.

5. Rəylərdən bir və ya bir neçəsi mənfi olduqda isə qeydiyyat orqanı tərəfindən tikilinin sökülməsinin məqsədəuyğun olmadığı haqqında məlumat Reyestrə daxil edilir, həmçinin quruma bu barədə bildiriş (mənfi rəylər də əlavə olunmaqla) göndərilir. Rəy mənfi olduqda, qurum tərəfindən əlavə əsaslandırma təqdim edilməklə yenidən müraciət oluna bilər.

6. Fərdi yaşayış evlərinə münasibətdə dəyişikliklər, həmçinin söküntü işləri aparıldıqdan, digər tikinti obyektlərinə münasibətdə isə istismara icazə sənədi alındıqdan və ya söküntü aparıldıqdan sonra bu barədə məlumatların Reyestrə daxil edilməsi üçün qurum Reyestrdə tikilinin inventar nömrəsini seçir, daha sonra müvafiq müraciəti Reyestrin 3-cü bölməsinə daxil edir.

7. Reyestrə daxil edilmə tarixləri müvafiq məlumatların sistemə işlənildiyi tarixə uyğun olaraq avtomatik qaydada verilir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »