Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əlyev Tunis Prezidentini təbrik edib
İlham Əlyev Tunis Prezidentini təbrik edib

Prezident İlham Əlyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

Bizimyol.info xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Tunis Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, istər ikitərəfli qaydada, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan-Tunis dostluq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Tunis xalqına əmin-amanlıq və rifah diləyirəm”.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »