Şimali Atlantika Alyansı Ukrayna üzərində uçuşa qadağa zonası tətbiq etməyəcək, çünki bu, “gözlənilməz nəticələr” verə bilər.
Bzimyol.info xəbər verir ki, bunu “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində Almaniyanın müdafiə naziri Kristina Lambrext deyib.
Onun sözlərinə görə, NATO Rusiyanın Ukraynaya qarşı müharibəsinə qarışmayacaq.
"Şimali Atlantika Alyansı Rusiyanın hiyləsinə aldanmayaraq birbaşa döyüşlərə qoşlmayacaq və bu baxımdan heç nə dəyişməyəcək", - Lambrecht vurğulayıb.
Bundan əlavə, o, bir daha Kiyevi Ukrayna üzərində uçuşa qadağan zona yaratmağa çağırıb və bu imtinanı “gözlənilməz nəticələrlə” əsaslandırıb.
Qadir, Bizimyol.info