Ukraynadakı müharibə səbəbindən kütləvi aclıq və dünyanın qida sisteminin dağılacağı proqnozlaşdırılır.
Bizimyol.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.
O bildirib ki, Ukraynadakı müharibə artıq təchizat zəncirlərini pozur. Ona görə də yanacaq, ərzaq və nəqliyyatda kəskin bahalaşma var.
"Kütləvi aclığın və qlobal qida sisteminin dağılmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməliyik", - deyə Antonio Quterres qeyd edib.
Qadir, Bizimyol.info