Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bayramlarda insanların yemək rejimi pozulur"
"Bayramlarda insanların yemək rejimi pozulur"

Bayramlar insanların il boyu çalışıb yorulduqları üçün, mənfi enerjisinin təmizlənməsi üçün ayrılmış bir zamandır. Bayramlardan sonra bir neçə gün işləməyə həvəs, motivasiya olmasa da, sonradan hər şey yerini alır. Bayramlardan sonra adətən “kökəldim”, “nə qədər yemək olar”, “bu çəkini necə verəcəyəm” kimi fikirlər eşidirik. Çünki bütün gün evdə və ya istirahətdə olan insanlar boş zamanlarında ancaq qidalanma ilə məşğul olurlar. Bu da artıq çəki almaqda böyük rol oyanyır. Şəkərbura, paxlava, qoğal və s. şirniyyatlar və çərəzlər çəkini artırır. Qısası, 9 günlük bayramda ən az 5-6 kq kökəlmək mümkündür.

Bəs necə edək ki, bayram günlərində həm istədiklərimizdən yeyə bilək, həm də artıq çəki almayaq?

Dietoloqların fikrincə, bu çətin də olsa mümkündür. Bunun üçün isə, mütəxəssis məsləhətinə diqqət yetirmək vacibdir.

Diteoloq Aynurə Məmmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, xüsusən 30 yaşından sonra çəki almaq asan olsa da, arıqlamaq çətinləşir. Oturaq həyat tərzi, hərəkətin az olması və qidalanma çəkinin artması ilə yanaşı bir çox xəstəliklərin də yaranmasına səbəb olur. Bu dövrdən sonra qan damarlarında tıxanma, ürək çatışmazlığı, şəkər və s. problemlər ortaya çıxır. Bu səbəbdən də, artıq çəki almamaq üçün diqqətli olmaq, hər istədiyini yeməmək lazımdır: “Bayramlarda insanların yemək rejimi pozulur. Gündə bir dəfə yemək yeyən insan bu ərəfədə 5 dəfə qidalanır. Xüsusilə kabablar, plov, şəkərbura, paxlava və digər şirniyyatlar kökəlməyə səbəb olur. Düzdür, bu yemək və şirniyyatlar iştah açıcıdır. Ancaq bayramdan sonranı, aldığınız çəkiləri də itirməyi düşünməlisiniz. Buna görə də, az yeyin və ya imtina etməyi bacarın. Məsələn, sevdiyiniz şirniyyatlardan güdə bir dənə yeyin. Səhər yeməyini bir paxlava və çayla idarə edə bilərsiniz. Yəni bayramı fürsətə çevirib çox yeməyin. Bu, sizin mədənizin də genişlənməsinə səbəb olacaq. Və bayramdan sonra belə siz çox yeməyə davam edəcəksiniz”.

Dietoloq bildirir ki, bütün yeməklərdən öncə su içmək mədəni doldurur və az yeməyə sövq edir. Buna görə də hər dəfə yemək yeməzdən əvvəl su için və sonra yemək yeyin. Gün ərzində 20 dəqiqə piyada gəzin. İdmanla məşğul olun, ev işləri görün, hərəkətdə olun. Yanınızda su gəzdirin ki, mədəniz boş qalmasın və aclıq hissi yaranmasın. Yeməkləri az miqdarda yeməyə çalışın. Spirtli içkiləri az qəbul edin.

Qısası, bayramda qidalanma rejiminizi pozmayın. Çünki sonra bayramda aldığınız çəkiləri azaltmaq üçün uzun müddət çalışacaqsınız.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »