Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Musiqi sədaları marketdə alıcıya təsir edir: Lazım olmayanları ala bilərsiniz
Musiqi sədaları marketdə alıcıya təsir edir: Lazım olmayanları ala bilərsiniz

Musiqinin insan davranışlarına təsiri artıq sübut edilmiş bir reallıqdır. Marşlar coşğuya, oyun havaları sevincə, hüzünlü musiqilər kədərə, sərt musiqilər hirs və qəzəbə səbəb ola bilir. Və yaxud var olan duyğuları gücləndirər. Pərakəndə satış sektoru, yəni ticarət mərkəzləri, mağazalar da istehlakçıların ehtiyaclarını yönləndirmək üçün bəzən bu üsula əl atır. Məsələn bir mağazaya daxil olursunuz, içəridə olan musiqi sizin bütün hisslərinizə toxuna bilir. Bəzən nə alacağınızı unudursunuz, bəzən isə, içinizdə baş qaldıran hisslərə uyğun bazarlıq edib çıxırsınz. Əslində isə aldıqlarınızın çoxu sizə o qədər də vacib deyil. Yəni sadəcə olaraq musiqinin təsiri altında pul xərcləyirsiniz. Bu istiqamətdə müxtəlif araşdırmalar apaırılıb. Məsələn, “Musiqinin Dəyəri, Musiqinin, Atmosfer və Satın alma düşüncələri üzərində təsiri” adlı bir araşdırmada çox maraqlı məlumatlar əldə edilib.

Araşdırma zamanı Alman və Fransız markalı şərab satan bir marketdə iki həftə bir gün Alman, bir gün isə Fransız milli musiqiləri çalınaraq istehlakçılar üzərində olan təsirləri öyrənilib. Məlum olub ki, alman musiqiləri çalınan zaman satılan məhsulların 73 faizi alman məhsulları, Fransız musiqisi çalındığı zaman satıan məhsulların 77 faizi Fransız məhsulları olub. Ən maraqlısı isə, istehlakçıların çalınan musiqinin də fərqində olmaması olub.

Qeyd edək ki, alış-veriş mərkəzlərində, banklarda, mağazalarda, kafe və restoranlarda çalınan msuqilər sertifikatlı olmalıdır. Yəni bütün dünyada ticarət sahəsində musiqi tərkibinə uyğun olaraq musiqi birliklərinə müəyyən qədər ödəmələr edilir. Seçilən musiqilər markaya uyğun olmalı və ən əsası istehlakçını sehirləməlidir.

Psixoloq Rəvanə Quliyeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, musiqi insan davranışlarına və psixologiyasına təsir etdir. Musiqinin ticarət sahəsində istifadəsi üçün isə bu iş mütəxəssisinə tapşırılmalıdır: “Məsələn, sakit musiqi yüksək templi musiqi ilə müqayisədə istehlakçının ticarət mərkəzində daha çox qalmasını təmin edir. “Fast-Food” yerlərində isə musiqi yüksək templi olmalıdır ki, istehlakçı bu yerlərdə daha sürətli davransın. İnsanlar mağazaya musiqi dinləməyə getmirlər, bəzən nə musiqi çalıdığının da fərqində olmurlar. Amma bu musiqi birbaşa onları yönləndirə bilir. İnsanlar musiqiyə duyğusal reaksiya göstərir. Musiqinin zamanı, tonu forması, tempi insanlarda fərqli duyğular yaradır. İnsanların musiqini daha əvvəl də eşitmiş olması duyğularına çox böyük təsir edir”.

Psixoloq bildirir ki, musiqi məkana və məkanın psirnsiplərinə uyğun seçilməlidir. Məsələn, brend restoranlarda müştərilərin daha çox qalması arzulanır, “fast-food” məkanlarda da daha tez getməsi. Buna uyğun da musiqi seçilir.

“Məsələn, elə bir musiqi seçilə bilər ki, müştəri ona lazım olmayanları ala bilər və yaxud elə bir musiqi seçilə bilər ki, müştəri mağazadan girdiyi an çıxa bilər. Ümumiyyətlə, istehlakçıya xidmət edən bütün məkanlarda musiqilər mütəxəssislər tərəfindən seçilərək, çalınmalıdır. Çünki musiqi satın alma qərarlarına böyük təsir edir” - deyə psixoloq qeyd edib. Bəli, bəzən olur ki, mağazadan evə gəldiyimiz zaman çantalarımızın bizə lazım olmayan məhsullarla dolu olduğunu görürük. Biz bu seçimi özümüz edirik, amma özümüzdən asılı olmayaraq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »