Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bütün planlar istehlakçını tələyə salıb çoxlu pul əldə etməkdən ibarətdir"
"Bütün planlar istehlakçını tələyə salıb çoxlu pul əldə etməkdən ibarətdir"

Bəəzn mağazaların üzərində “Bağlanırıq-70 faiz endirim”, “Bağlanırıq, hər şey yarı qiymətə” və s. bu kimi elanlarla qarşılaşırıq. Ancaq maraqlısı budur ki, bəzən bu elanlar həmin mağazaların üzərində illərlə qala bilir. Məsələn 1-2 günə bağlanacaqlarını qeyd edən mağaza bu yalanın sayəsində daha da güclənir və illərlə fəaliyyət göstərir. Və yaxud brend hesab edilən mağazalarda “etiketdə 30 faiz endirim”, “endirimlilər sırası” və s. elanlı məhsulları olur. Məhsulların etiketlərinə baxdıqda isə, çox zaman köhnə etiketdə yazılmış qiymətin endirimli qiymətdən ucuz olduğunu görürsən. Bu hallar demək olar ki, əksər mağazalarda və butiklərdə özünü göstərir.

Təəssüf olsun ki, Azərbaycanda daha çox biznes qurumlarının hüquqları qorunur. Yəni istehlakçı həmin məhsulları alsa belə, geri qaytarmaq istədiyi zaman müəyyən problemlərlə qarşılaşır. Qısası bütün bu elanlar mədəni şəkildə istehlakçıların cibinə girmək üçün hesablanıb.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu çağırışlar əslində qanunidir. Yəni bu məsələnin qeyri-qanuni tərəfi yoxdur. Amma bu istehlakçılar üçün tələdir. Ekspert deyir ki, beynəlxalq aləmdə belə tələlər mövcuddur.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Bu tələlərdən biri də “qara cümə”-dir. Bütün istehsalçılar, sahibkarlar hay-həşir salır ki, “qara cümə” günündə hər şeyi ucuz satırıq. Lakin bütün planlar istehlakçını tələyə salıb çoxlu pul əldə etməkdən ibarətdir. Bəzi ölkələrdə bəzən endirimlər edilir. Amma bu endirimlər də müəyyən hədəfə hesablanır” - deyən E.Hüseynov bildirir ki, “bağlanırıq, endirim var” elanları da bu formada bir tələdir və istehlakçı hüquqlarını pozur. Bu elanların əsas məqsədi istehlakçının qapıdan içəri girməsini təmin etməkdir. Çox zaman istehlakçı içəri daxil olduqdan sonra görür ki, istədiyi məhsul endirimdə deyil və yaxud "endirimdədir" deyə ona lazım olmayan məhsulu alır. Sonradan o məhsulu qaytarmaq istəyəndə bildirilir ki, “sən bu məhsulu endirimdə almısan”. Yəni bütün bunlar istehlakçı hüquqlarını pozan, qanuna zidd məsələlərdir.

E.Hüseynov bildirir ki, bu hallar Azərbaycanda da çox baş verir. Və endirim kampaniyalarında çox zaman köhnə və ya istifadəyə yararsız məhsullar satılır. İstehlakçıların hüquq var ki, bu məhsullar onların tələbatını ödəmədiyi təqdirdə dəyişdirsinlər və ya geri qaytarsınlar.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »