Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada da bir rus generalı öldürülüb
Ukraynada da bir rus generalı öldürülüb

"Xerson hava limanına hücum zamanı 8-ci ordunun komandiri, general-leytenant Mordviçevin öldürülüb"

Bizimyol.info xəbər verir ki, bu barədə Ukraynalı hərbi jurnalist Andrey Tsaplienko məlumat yayıb.

Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Aleksey Aretoviç bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Çernobaevka aerodromunnu azad etmək cəhdi zamanı, ilkin məlumatlara görə, Rusiya Federasiyası Cənub Hərbi Dairəsinin 8-ci ordusunun komandanı, general-leytenant Andrey Mordviçev həlak olub.

Aretoviç bildirib ki, 8-ci Ordu ORDLO-ya cavabdehdir (Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonları orada yaradılmış iki xalq respublikasının rəsmi təyinatıdır).

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Cənub Hərbi Dairəsinin 8-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı, general-leytenant Andrey Mordviçevin ölümünü təsdiqləyib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »