Siyəzən rayonunda yanğın olub.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinndən verilən məlumata görə, rayonun Siyəzən kəndində, "Siyəzən Broyler" ASC-nin ərazisində ümumi sahəsi 1120 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 650 m² sahədə, içərisində elektrik naqilləri 80 p.m, havalandırma qurğuları, plastik su və yem qabları yanıb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.