Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya kəşfiyyatı: Rusiya müharibənin strategiyasını dəyişir
Britaniya kəşfiyyatı: Rusiya müharibənin strategiyasını dəyişir

Britaniya hərbi kəşfiyyatı bildirir ki, Rusiya Ukraynaya işğalı zamanı məqsədlərinə çata bilməyəndən sonra “təmizləmə strategiyası”na doğru irəliləyir.

Bizimyol.info xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Britaniya hərbi kəşfiyyatının rəhbəri Ceyms Hokkenhallın sözlərinə görə, üç həftə davam edən hərbi əməliyyatlarda Ukraynanın iri şəhərlərini “ələ keçirə bilməyən” Rusiya qüvvələri öz yanaşmalarını dəyişib.

Hockenhall, strategiyanın "atəş gücündən ehtiyatsız və heç nəyi nəzərə almadan istifadəni" əhatə edəcəyini söylədi.

“Bu, mülki əhali arasında itkilərin artmasına, Ukrayna infrastrukturunun dağılmasına və humanitar böhranın kəskinləşməsinə səbəb olacaq”, - o bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »