Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ rusiyalı iş adamlarının aktivlərini Ukraynaya vermək istəyir
Aİ rusiyalı iş adamlarının aktivlərini Ukraynaya vermək istəyir

Aİ siyasətçiləri rusiyalı sahibkarların dondurulmuş aktivlərindən Ukraynanın infrastrukturunun bərpası işlərinin maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirirlər.

Bizimyol.info xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "Bloomberg" məlumat yayıb.

Məlumatda bildirilir ki, müzakirə çox erkən mərhələdədir, hələlik konkret qərarlar qəbul edilməyib. Agentliyə məlumat verən mənbə iddia edirlər ki, “müharibə təzminatlarının ödənilməsi üçün aktivlərdən istifadə” variantlardan biri kimi nəzərdən keçirilir.

Avropa Komissiyasının sözçüsü Erik Mamerin bu məlumatı "Bloomberg"ə şərh edərkən, "hazırda yalnız aktivlərin dondurulduğunu" qeyd edib və "Avropa Komissiyasının prezidenti Ursula von der Leyenhələ ki, bu məsələnin öyrənilməsini xahiş etməyib",- deyib.

Qadir, Bizimyol.info 

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »